Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində xeyriyyə yarmarkasında təmsil olunub
29.10.2019 [09:38]
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Pekində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin və Yoxsulluqla Mübarizə Fondunun təşkil etdiyi tədbir müxtəlif ölkələrin milli mədəniyyətlərinə aid suvenirlərin, mətbəx nümunələrinin, məhsul və malların satışından əldə olunan gəlirin Çində həyata keçirilən humanitar layihələrə yönəldilməsi ilə maddi dəstək məqsədi daşıyıb.
Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İnin həyat yoldaşı Çian Veyin təşəbbüsü ilə təşkil edilən sərgi-yarmarkada 100-ə yaxın ölkənin və beynəlxalq təşkilatın pavilyonu fəaliyyət göstərib.
Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin Çindəki səfirliyinin hazırladığı geniş pavilyonda Azərbaycan mədəniyyətinə aid müxtəlif eksponatlar, o cümlədən geyim nümunələri, suvenirlər, əl işləri nümayiş etdirilib. Yarmarkadakı ən iri iki pavilyondan biri olan Azərbaycan pavilyonunda ölkəmizə aid rəmzlərin əks olunduğu idman köynəkləri, şərflər, əl çantaları, araqçınlar, papaqlar, kəlağayılar, milli mətbəximizin təamlarından plov, dolma, kabab, kükü, manqal salatı, qutab, paxlava və şəkərbura, “Made in Azerbaijan” brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən şərab və konyaklar, kompotlar, mürəbbələr, quru meyvələr, bal, çay, habelə nar və heyva satışa çıxarılıb.
Bundan başqa, Əməkdar artist Şəhriyar İmanov və qrupunun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, Avropa bəstəkarlarının əsərlərindən parçalar, eləcə də rəqs qrupunun üzvlərinin ifasında milli rəqslərimiz təqdim olunub.
Çinin Xarici İşlər naziri Van İ və xanımı Azərbaycan pavilyonuna baş çəkib, milli rəqslərimizi izləyiblər. Xanım Çian Vey “Yallı” halayına qoşulub.
Nazir Van İ Azərbaycan şərabının dadına baxıb. O, xeyirxahlıq xarakterli tədbirdə fəal iştiraka görə Azərbaycan tərəfinə təşəkkür edib.
Gün ərzində Pekin sakinləri və yarmarka iştirakçıları Azərbaycan pavilyonunda satışa çıxarılan məhsullara, xüsusən milli mətbəximizin təamlarına və Azərbaycan narına böyük maraq nümayiş etdiriblər.
İncəsənət ustalarımızın ifasındakı konsert proqramı yarmarka iştirakçılarının xüsusi marağına səbəb olub. Təsadüfü deyil ki, yarmarka ziyarətçiləri tədbirin davam etdiyi bir neçə saat ərzində Azərbaycan musiqiçilərinin ətrafına toplaşaraq, onların çıxışlarını dinləyib, hətta rəqqaslarımıza qoşulub rəqs də ediblər.
Təxminən 15 mindən çox insanın ziyarət etdiyi yarmarkada yığılan vəsait xeyriyyə layihələrinin icrasına dəstək üçün yaradılan fonda köçürülüb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

