Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda Nəsimi Festivalı davam edir

Bakıda Nəsimi Festivalı davam edir

01.10.2019 [09:41]

Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə tanınmış azərbaycanlı cazmen, Əməkdar artist Salman Qəmbərov, serpent (qədim nəfəs musiqi aləti) ifaçısı Mişel Qodar (Fransa), alman müğənni Marqrit Buhberger (barokko üslubunda repertuar) və şen (dodaqla ifa edilən orqan aləti) ifaçısı Vu Vey (Çin) çıxış ediblər.
Konsert tamaşaçılara xoş anlar yaşadıb.
Qeyd edək ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

Paylaş:
Baxılıb: 812 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31