Avstraliyalı jurnalistlərin Bakı təəssüratları: Bu şəhərə heyran qaldıq
28.09.2019 [10:27]
Avstraliyanın kulinariya üzrə məşhur fotoqraf və bloqqeri Kitti Gould, televiziya rejissoru Timoti Tatçer, kulinariya və səyahət üzrə peşəkar jurnalistləri Sofia Levin və Kassandra Çarlik sentyabrın 24-dən Azərbaycanda səfərdədirlər. Sentyabrın 30-dək davam edəcək səfərin ilk günlərində bloqqer və jurnalistlər sosial şəbəkələrdə təəssüratlarını bölüşüblər.
AZƏRTAC xəbər verir ki, Kitti Gould bir il əvvəl kəşf etdiyi Azərbaycanı ziyarət etməkdən şərəf duyduğunu bildirir. O, xüsusilə daim yanan alov dağları (Yanardağ) kimi əsl dünya möcüzəsini görməkdən sevinc hissi keçirdiyini qeyd edir. Bildirir ki, məhz bu təbii qaz ehtiyatlarına görə Azərbaycan “Odlar Yurdu” kimi tanınır. Bu ölkə dünyanın ən qədim dinlərindən biri olan Zərdüştlük dininin müqəddəs ziyarətgahlarından biridir.
Sofia Levin Azərbaycanın cız-bız adlandırılan milli yeməyi ilə tanış olduğunu qeyd edir. O, cız-bızın hazırlanması barədə qısa məlumat paylaşır, milli mətbəximizin bu təamını İçərişəhərdəki Muğam klub restoranında daddığını bildirir. O, restorandakı atmosferdən (musiqi, rəqs və s.) heyran olduğunu qeyd edir.
Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı fikirlərini bölüşən Kitti Gould muzeydə inanılmaz dərəcədə gözəl bir gün keçirdiyini yazır. O, xalçanın qədim toxunma üsulları ilə tanış olduğunu qeyd edir, həmin toxunma üsulları ilə bir xalçanın tamamlanması üçün illər lazım ola biləyini vurğulayır. Bildirir ki, muzeyin üçüncü mərtəbəsi müasir dizaynerlərə həsr olunub. Burada Eyfel qülləsi və bəstəkarların portretlərini əks etdirən müxtəlif xalçalar var. 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Bloqqer yazır ki, dünya səyyahı, gözəllik və qida mütəxəssisi Sofiya Levin Azərbaycanın atəş ziyarətgahlarının (məbədlərinin) birinə müvəqqəti şahzadə kimi tamaşa edir. Bakının Atəşgah məbədi hindu, Sıx və Zərdüştlük dinlərinin davamçılarının ibadət yeri olmuşdur. Bu məkan Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasının səbəbkarıdır.
Kassandra Çarlik Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun iştirakı ilə təşkil edilən şam yeməyi barədə təəssüratlarını bölüşür. O, yüksək qonaqpərvərliyə görə Tahir Əmiraslanova təşəkkürünü ifadə edir. Jurnalist tədbir zamanı Azərbaycanın zəngin mətbəxinin qədim tarixi haqqında maraqlı məqamları qeyd edir. Onun paylaşdığı statusda qonaqlara təqdim edilən milli mətbəximizin müxtəlif təamları barədə ətraflı məlumat əks olunur (yerli pendirlər, müxtəlif çeşidli tərəvəzlər, manqal salatı, şorba, dolma, doğa, yarpaq dolması, şirniyyatlar, mürəbbələr, və s.). İçərişəhərdəki restoranların birində nahar vaxtı çəkdiyi fotoları paylaşan Kassandra Çarlik İçərişəhərin sehrli şəhər olduğunu bildirir. O, həmin restoranın rahatlığını qeyd edərək onun təndir sobası olan ilk restoranlardan biri olduğunu bildirir. Burada hazırlanan yeməklərin (kabab, plov, təndir çörək, salatlar, şorba və ayran) çox dadlı olduğunu yazır.
Jurnalist Yaşıl bazardakı məhsullara heyran olduğunu bildirir. O, buradakı meyvə-tərəvəzin, qozun və quru meyvələrin təzəliyini, eləcə də Avstraliyadakı supermarketlərdə tapa bilmədiyi Azərbaycan zəfəranını xüsusi qeyd edir. Bundan başqa, müxtəlif çeşidlərdə və dadlarda olan şirniyyat növlərinin satıldığını bildirir.
Məşhur jurnalistlər statuslarında səfərin onlarda dərin təəssürat yaratdığını, Bakıya heyran qaldıqlarını bildirirlər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

