“Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub
12.09.2019 [09:49]
Sentyabrın 9-da Dənizkənarı Milli Parkda “Nargis” komandasının “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, “Nargis” Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib. Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim olunub. Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında - IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.
“Nargis” komandası - ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.
“Make the Earth Smile” adlı ekoloji layihə - insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi - gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş “Nargis” kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib - 13 dekabrda “Nargis” jurnalı öz ad gününü qeyd edir.
Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, “AzərEnerji”, “Azersun”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Baku Steel Company”, “Caspian Drilling Company Ltd”, “Coca-Cola”, Dr. Cahid Şahbazov, “Gilan Holding”, “Nargis” Publishing House və “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə yaradıblar.
Açılışa Leyla Əliyeva, “Nargis”in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb. Sərgini ziyarət edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində “Nargis” Nəşriyyat Evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla “Nargis” Nəşriyyat Evinin komandası bulvarda zeytun ağacı əkib.
Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində “Women, Children and Well-Being” adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini “Nargis” xeyriyyə fonduna yönəltmişdir.
“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək. Giriş sərbəstdir.
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

