Moskvadakı “Azərbaycan” pavilyonu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunur
02.07.2019 [09:44]
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bərpa işləri binanın eksteryer və interyerini əhatə edir. Burada orijinal rənglər saxlanılmaqla, naxışlar, şəbəkə pəncərələr dəqiqliklə yenidən qurulur, pavilyonun zalları yenilənir.
Qeyd edək ki, əvvəllər SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi, 1992-2014-cü illərdə isə Ümumrusiya Sərgi Mərkəzi adlandırılan bu məkan dünyanın ən böyük sərgi komplekslərindəndir. XTNS-nin ərazisi Sovet dövründə yaradılan memarlıq abidələri ilə zəngin olub. “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur.
XTNS-nin incilərindən olan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Layihənin müəllifləri olan memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov II dərəcəli Stalin mükafatı ilə təltif olunublar. Pavilyon Azərbaycan milli motivləri ilə zəngindir. Bina düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Fasad Azərbaycan naxışları, qızılı rəngdə üzüm ornamentləri ilə, pavilyonun pəncərələri isə vitraj-şəbəkə ilə bəzədilib. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-in sənaye, heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və məişət sahələrində nailiyyətlərini əhatə edirdi.
2016-cı ildə pavilyon rəsmi olaraq Azərbaycana təhvil verilib və burada bərpa işlərinə başlanılıb.
Pavilyonda yeni sərgi mərkəzinin yaradılması nəzərdə tutulur.
Yenilənmiş pavilyonun konsepsiyasının əsas ideyası Azərbaycanın zəngin tarixə malik qədim, eyni zamanda, sürətlə inkişaf edən bir dövlət olduğunu nümayiş etdirmək üzərində qurulub.
“Azərbaycan inciləri” sərgi zonasında qonaqlar Azərbaycanın xalçaçılıq ənənələri, zəngin musiqi tarixi ilə tanış ola bilərlər. Burada, eyni zamanda, arxeoloji qazıntılar zamanı aşkar olunan və Azərbaycanın qədim tarixini əks etdirən eksponatlar, milli geyimlər, xalq sənəti nümunələri nümayiş etdiriləcək.
Pavilyonda, eyni zamanda, müasir Azərbaycan, Ümummilli Lider Heydər Əliyev, Azərbaycanın tanınmış ziyalıları barədə müxtəlif materiallar, foto və videolarla tanışlıq mümkün olacaq.
Mühazirə və konfranslar, musiqi proqramları üçün müxtəlif zalların yaradılması, turizm zonasında Azərbaycanın turizm marşrutları barədə məlumatların təqdimatı nəzərdə tutulur.
“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim ediləcək, eyni zamanda, burada milli suvenirləri əldə etmək mümkün olacaq.
Pavilyonda, həmçinin Azərbaycanın tarixi və müasir həyatına, müxtəlif sahələrə dair kitablar da nümayiş olunacaq. Burada, eyni zamanda, əyləncə zonalarının yaradılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

