Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur
30.04.2019 [09:46]
Aprelin 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində “Pekin Ekspo 2019” Botanika Sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunur.
“Pekin Ekspo 2019” “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda təşkil edilib. Sərgi 503 hektar ərazini əhatə edir. Oktyabrın 7-dək davam edəcək sərgidə 16 milyon ziyarətçinin olacağı gözlənilir.
“Azərbaycan: təbiət və incəsənətin harmoniyası” (“Azerbaijan: Harmony of Nature and Art”) adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir.
Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir.
Pavilyonun interyer dizaynı ölkənin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır.
Pavilyon Azərbaycanın xalçaçılıq məktəbləri üzrə dörd hissəyə bölünüb: Qarabağ, Təbriz, Gəncə-Qazax, Quba-Şirvan. Hər bir bölgəyə xas xalça motivləri xüsusi proyeksiya vasitəsilə döşəmə üzərində əks olunur. Burada xalçaların toxunmasının nümayişi məqsədilə xana qoyulub və eyni zamanda, xalça toxunuşunu öyrədən videomaterial təqdim edilir.
Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur. Pavilyonda Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat da nümayiş etdirilir.
Ekspo ziyarətçiləri burada, həmçinin milli musiqi alətlərimizlə tanış ola biləcək, nümayiş olunan videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizlə tanış olmaq imkanı əldə edəcəklər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur.
Pavilyonun ətrafında Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən böyük ölçülü fotostendlər quraşdırılıb.
Sərgidə, həmçinin böyük İpək Yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim edilir.
Pavilyonun çıxış hissəsində quraşdırılan “I love Baku” stendində ziyarətçilərə Azərbaycana xas ornamentlərin əks olunduğu müxtəlif suvenirlər, hədiyyələr təqdim edilir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

