/ / UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb
UNESCO-nun Hökumətlərarası Komitəsində Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb
28.11.2018 [09:58]
Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası keçirilir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələrinə” dair beşillik hesabat qəbul edilib.
Hesabatda Çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistanın Azərbaycanın Qarabağ regionunun işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapıb, Çövkən oyununun Qarabağdan zorla qovulmuş Azərbaycan əhalisi tərəfindən müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq, yaşatmağa çalışdıqları və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilib.
İclasda Ermənistan nümayəndə heyəti qeyri-konstruktiv ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın Azərbaycan tərəfinə geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi də həmişə olduğu kimi yenə də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib.
Ermənistanın iddialarına qarşı çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT Nizamnaməsinin və UNESCO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkəmizdə Çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapıb. Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməyə çağırıb.
İclas zamanı, həmçinin Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi üçün Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiya faylı ilə bağlı qərar qəbul edilməsi gözlənilir.
Sessiyada ölkəmizi xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə UNESCO yanında daimi nümayəndə Anar Kərimov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov və Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və UNESCO üzrə Milli Komissiyanın ikinci katibi Nahid Ömərovdan ibarət nümayəndə heyəti təmsil edir.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

