Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub

27.11.2018 [09:39]

“Azərbaycanın dostları” Diaspor Təşkilatı İsveçrənin Stein şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatını keçirib. Təqdimat Diasporla İş üzrə Dövlət Komitəsi və İsveçrədəki səfirliyimizin dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbir zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 400-dən çox qonağın qatıldığı tədbirdə müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.
Qeyd edək ki, İsveçrədə “Birlikdə bayram edək” şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multikultural tədbirlərdəndir.

Paylaş:
Baxılıb: 1217 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30