Litvalı rejissor Arunas Matelisin filmi Bakıda təqdim olunub
10.10.2018 [08:37]
Oktyabrın 9-da Nizami Kino Mərkəzində litvalı rejissor Arunas Matelisin ekranlaşdırdığı “Möhtəşəm uğursuzlar: Fərqli dünyalar” (Wonderful losers: A different world) filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Kann film festivalında nümayiş olunan ekran əsərinin Bakıda təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Filmin təqdimatından əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək ölkəmizdə belə ekran əsərlərinin təqdimatını yüksək qiymətləndirib. Ekran əsərinin bir sıra festivallarda, o cümlədən Kann film festivalında maraqla izlənildiyini deyən Xalq artisti filmin ölkəmizdə kinosevərlərə təqdim edilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Şəfiqə Məmmədova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin quruma üzv ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi 9-cu Avropa Film Festivalına gələn Arunas Matelisin ölkəmizdə olmasından və belə bir ekran əsərinin Bakının ən aparıcı kinomərkəzlərindən birində nümayişindən məmnunluğunu ifadə edib və rejissora yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
Hər kəsi salamlayan A.Matelis deyib: “Mənə bir rejissor kimi film barədə danışmaq çox çətindir. Ekran əsərinə tamaşaçılar qiymət verəcək. 8 il ərzində çəkilən bu film artıq “Oskar”a təqdim olunub. Uşaqlıqdan velosipedçi olmaq istəyirdim, çəkilişlərdə hər şeyin şahidi oldum. Bu filmi araşdırmağa başlayanda gördük ki, mövzuya sonuncu dəfə 1973-cü ildə toxunulub. Biz 5-8 il ərzində filmi çəkmək üçün razılaşmalar apardıq. Bu film velosport barədədir. Yarışlarda iştirak edən 95 faiz idmançı öz həyatını digər insanlara - qalib olanlara qurban verir. Biz İtaliyada film çəkilişlərinə razılıq əldə etmək üçün icazə aldıq. Bu barədə bütün media yazdı. Bu film qaliblər barədə deyil, əksinə, onlara kömək göstərən insanlar haqqındadır”.
Son 3 il ərzində yeni nəsil rejissorların formalaşdığını söyləyən litvalı kinorejissor deyib ki, daha çox klassiklərin tərəfdarıdır. “Yeni nəsil litvalı rejissorların çəkdiyi filmlər beynəlxalq festivallarda iştirak edir. Bu film də Litvaya aiddir. Ekran əsəri beynəlxalq festivala hazırlandığı üçün subtitrlər ingilis dilindədir. 2017-ci ildə ekranlaşdırılan film Litva, Belarus, Estoniya, İtaliya və Polşada müxtəlif beynəlxalq festivalların laureatı olub”, - deyə rejissor vurğulayıb.
Sonra kinosevərlər ekran əsərinə baxıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

