Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
22.09.2018 [10:06]
Noyabrın 10-da məşhur hindistanlı yoqin və mistik Sadhquru Heydər Əliyev Mərkəzində ilk dəfə mühazirə ilə çıxış edəcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, onun izləyiciləri ilə görüşü “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusunda olacaq.
“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağlı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı bir fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmir, asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.
Mühazirə zamanı bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə danışılacaq, auditoriyanın suallarına cavab veriləcək.
Tədbir çərçivəsində Sadhqurunun yeni kitabının imzalanma mərasimi və satışı da olacaq.
Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” dövlət mükafatı ilə təltif olunub. Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil-qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib. Sadhquru 1992-ci ildə insanların rifahına xidmət edən beynəlxalq İşa Fondunu yaradıb.
Sadhqurunun Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinin biletlərini Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar. Biletlərin qiyməti 10, 20, 50 və 100 AZN-dir.
Mühazirəçi ingilis dilində çıxış edəcək, Azərbaycan və rus dillərinə isə sinxron tərcümə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

