Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının təntənəli açılış mərasimi keçirilib
07.10.2009 [10:13]
Qonaqları salamlayan Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov müsabiqənin nəticəsinin beynəlxalq kulinarların təmsil olunduğu münsiflər heyətinin qərarı ilə təyin olunacağını bildirib. T.Əmiraslanov Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq festivalda dəvətləri qəbul edən ölkələrə təşəkkürünü bildirib və bundan sonra da Azərbaycanda bu cür festivalların mütəmadi keçiriləcəyini deyib. Mərkəz rəhbəri bildirib ki, festivalda Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar iştirak edirlər. Oktyabrın 10-na kimi davam edəcək festival çərçivəsində iştirakçı komandalar arasında müxtəlif yarışlar təşkil olunacaq. Eyni zamanda qonaqların iştirakı ilə “Kulinariyanın cəmiyyətdə rolu: inkişaf perspektivləri” adı altında dəyirmi masa da təşkil olunacaq. Festivalda qalib komandaların adları oktyabrın 9-da açıqlanacaq və komandalar mükafatlandırılacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev jurnalistlərə açıqlamasında festivalın iki ildən bir keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Açılış mərasimində iştirakçı ölkələrdən Türkiyə, Belarus, özbəkistan, İran, eləcə də Azərbaycan kulinarlarının müxtəlif ərzaq məmulatlarından, meyvələrdən hazırladıqları maraqlı fiqurlar tədbir iştirakçılarına təqdim olunub, Azərbaycanın tarixini, mədəniyyətini və abidələrini əks etdirən fiqurlar satışa çıxarılıb.
Qeyd edək ki, İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalında gündəlik olaraq müxtəlif siniflər üzrə yarışlar keçiriləcək. Müsabiqədə iştirak edən komandalar milli mətbəxlərini münsiflər heyətinin ixtiyarına verəcəklər. Azərbaycan festivalda “Azərbaycan” və “Bakı” komandası ilə təmsil olunur. Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16

