Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Üzeyir Hacıbəylinin ev-muzeyinin fonduna yeni eksponat əlavə olunub

Üzeyir Hacıbəylinin ev-muzeyinin fonduna yeni eksponat əlavə olunub

08.10.2009 [09:33]

Dahi Azərbaycan bəstəkarı üzeyir Hacıbəylinin ev-muzeyinin fondu yeni eksponat ilə zənginləşdirilib. Belə ki, fonda Tacikistanda səhnəyə qoyulan “Arşın mal alan” musiqili komediyasının lent yazısı təqdim olunub.
Bu barədə muzeyin direktoru Sərdar Fərəcov açıqlama verib. Onun sözlərinə görə, “Arşın mal alan” musiqili komediyasını bəstəkar Xəyyam Mirzəzadə tacik kanalında izləyib. Tamaşanın Kurqan-tübe şəhərində yerli teatrda səhnələşdirildiyini deyən S.Fərəcov bu lent yazısını əldə etmək üçün Azərbaycanın Tacikistandakı səfirliyinə müraciət olunduğunu bildirib. Məhz bu müraciətdən bir müddət sonra tamaşanın videoyazısı fonda göndərilib. S.Fərəcov onu da deyib ki, sözügedən tamaşanın videoyazısı bu yaxınlarda Azərbaycanın musiqi ictimaiyyətinə təqdim ediləcək.

Paylaş:
Baxılıb: 1670 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30