/ / Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” sənədli filminin təqdimatı olub
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” sənədli filminin təqdimatı olub
07.06.2018 [09:22]
İyunun 6-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli filminin təqdimatı olub.
Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Oleq Şommer bu ekran əsərini təqdim etməkdən böyük şərəf duyduğunu bildirib. Xatırladıb ki, 2017-ci ilin oktyabr ayında Nizami Kino Mərkəzində təqdimatı keçirilmiş, rejissoru və ssenari müəllifi olduğu “Pəncərədən düşən işıq” filminin ideya müəllifi və baş prodüseri də Leyla Əliyeva olub.
“Birinci dubldan” filminin əsasında mühüm faktın dayandığını diqqətə çatdıran rejissor deyib: “O zaman gənc respublika - Azərbaycan Xalq Cümhuriyyəti üzük qaşı kimi hər tərəfdən düşmən əhatəsində idi. Lakin buna baxmayaraq, hökumət xaricə təhsil almağa 102 tələbə göndərir ki, onlar bilik qazanaraq Vətənə qayıtsınlar və bu biliklərini doğma ölkədə tətbiq etsinlər. Məgər ölkənin başqa qayğıları, başqa işləri yox idi? Əlbəttə ki, var idi. Lakin elə o zaman da dövlət bu gün olduğu kimi gələcək haqqında düşünürdü. Beləliklə, ənənə, nəsillər arasında əlaqələr davam edir”.
Oleq Şommer müasir Azərbaycanda Dövlət Proqramı əsasında xaricdə uğurla təhsil alan tələbələrin də filmdə əks olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, 100 il əvvəl xaricə təhsil almağa getmiş gənclərin çox çətin taleyi olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox idi. Gənclərin çoxu xaricdə qaldı. Məsələn, Oqtay Mirqasımovun iki doğma dayısı o zaman xaricə təhsil almağa getmişdi. Onların hər biri haqqında ayrıca roman yazmaq olar. Xaricə təhsil almağa göndərilən gənclər sırasında olan Cəfər Kazımov da mürəkkəb tale yaşayıb. O, Almaniyada Frayberq Texniki Universitetini bitirmiş, geri qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında vitse-prezident olmuşdu. Lakin repressiya zamanı ölkədən sürgün edildi. Sovet İttifaqına atom bombası lazım olanda onu tapıb, uran axtarışına göndərdilər. O, uranı tapdı. Ona söz verdilər ki, sürgün müddətini azaldacaqlar, lakin başqa cür davrandılar.
“Filmdə bizim başlıca vəzifəmiz zamanların əlaqəsini göstərməkdir. Məsələn, 1918-ci ilin mart ayı və 1990-cı ilin yanvar ayı. Bizim üçün vacib olan əsas məsələ ölkənin taleyini, ilk növbədə, insanların taleyi vasitəsilə vermək idi. Buna nə dərəcədə nail olduğumuzu tamaşaçılar daha yaxşı deyə bilər. Lakin düşünürəm ki, sənədli film ilk dubldan çəkilir”, - deyən rejissor filmin baş prodüseri Leyla Əliyevaya təşəkkürünü bildirib.
Daha sonra film nümayiş etdirilib.
Tarixi faktlar və araşdırmalar əsasında çəkilmiş ekran əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almağa göndərilən 102 gəncin taleyindən, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əldə olunan nailiyyətlərdən, xalq və dövlət maraqlarının hər şeydən üstün tutulmasından, gənclərin təhsilinə, o cümlədən xaricdə təhsil almasına dövlət siyasəti səviyyəsində göstərilən diqqətdən, güclü müstəqil dövlət olan Azərbaycanın əldə etdiyi iqtisadi qüdrətin insan kapitalına çevrilməsindən və bu insanların ölkəsinə bağlılığından, onların əldə etdikləri bilik və bacarıqların Vətən, dövlət naminə istiqamətlənməsindən bəhs edilir.
“Əsas odur ki, doğru istiqamət müəyyən edilsin”, - deyən müəllif filmin süjet xəttini Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətinin daha da artırılması və insanların rifahının sürətli yüksəliş yolu tutulması fikri ilə tamamlayıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

