Bakıda türkiyəli gənc rəssamın karikaturalarından ibarət sərgi açılıb
21.12.2017 [10:03]
Dekabrın 20-də Türkiyənin Azərbaycandakı səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin karikaturalarından ibarət “Bir millət, iki dövlət” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə reallaşan sərgidə rəsmi şəxslər, deputatlar, mədəniyyət xadimləri iştirak ediblər.
Sərginin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun üzv dövlətlərindən olan Azərbaycan və Türkiyə arasında tarixi-mədəni münasibətlərdən danışıb. Günay Əfəndiyeva türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Nə mutlu türküm deyənə” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının müasir dövrdə iki qardaş respublika arasında münasibətlərin məzmununu və yönünü aydın göstərdiyini bildirib. O, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinin bu gün iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirildiyini xüsusi vurğulayıb. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham verdiyini söyləyən Günay Əfəndiyeva gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət” adı altında çəkdiyi silsilə rəsmlərin belə sənət əsərlərindən olduğunu qeyd edib.
Sərgidə gənc rəssamın 25 əsərinin nümayiş olunduğunu deyən Günay Əfəndiyeva deyib ki, rəsm əsərləri iki ölkənin qardaşlıq münasibətlərinin təcəssümünün bariz nümunəsidir. O vurğulayıb ki, təmsil etdiyi qurum bundan sonra da mədəni sahədə türk birliyinin möhkəmlənməsi naminə öz töhfəsini verməyə hazırdır.
Sərgidə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, ikitərəfli əməkdaşlığın yalnız regionda deyil, onun hüdudlarından kənarda da sülh və inkişafın təmin olunmasına xidmət etdiyini vurğulayıb. İki ölkənin mədəni əlaqələrindən söz açan nazir ortaq türk mədəniyyətinin inkişafında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu xüsusi vurğulayıb, təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyətindən söz açıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Türkdilli ölkələr arasında mədəni əlaqələrin vacibliyini vurğulayan nazir bu istiqamətdə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq aləmdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb.
Sonda gənc rəssam Alp Gürhan Yalçıner çıxış edərək iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini uşaqların gözü ilə rəsm əsərlərində göstərməyə çalışdığını qeyd edib və yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına təşəkkür edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

