Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Milli kinomuz 111 yaşını qeyd edəcək

Milli kinomuz 111 yaşını qeyd edəcək

29.07.2009 [10:43]

Məlum olduğu kimi, 2000-ci ildən etibarən ənənəvi olaraq, hər il avqust ayının 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Bu il Azərbaycan kinosunun 111 yaşı tamam olur. Bu münasibətlə iyul ayının 31-də Heydər Əliyev Sarayında təntənəli bayram tədbiri təşkil olunacaq. Rəsmi hissədən və təbriklərdən sonra isə “Cavad xan” filminin nümayişi nəzərdə tutulub. Qeyd edək ki, “Cavad xan” bədii filmi Azərbaycan tarixinin şərəfli səhifələrindən birinə həsr olunub.
Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru isə Məhəmməd Məcididir. Həmçinin, bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamları Rafis İsmayılov, Rafiq Nəsirov, prodüseri Heydər Dadaşovdur. Cavad xan rolunda Xalq artisti Nurəddin Mehdixanlı, rollarda Xalq artisti Amaliya Pənahova, Ramiz Novruz, Rafiq Əzimov, Salam İsmayılov, Nuriyyə Hüseynova, Rövşən Kərimdux, Qabil Quliyev çəkilib.

Paylaş:
Baxılıb: 1280 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31