Emin Ağalarov: Bu dəfəki “Jara” daha hərarətli və möhtəşəm olacaq
28.07.2017 [08:57]
Artıq ikinci dəfədir Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival Azərbaycanda və ümumən MDB məkanında səbirsizliklə gözlənilən hadisədir. Bakı festivalın iştirakçıları və qonaqları hərarətlə qarşılayıb.
AZƏRTAC xəbər verir ki, “Jara-2017” musiqiçilərin sayı və dünyaca məşhur sənətçilərin iştirakı baxımından əvvəlkindən fərqlənir. Paytaxtımıza gələn SSRİ Xalq artisti Sofiya Rotarunu Heydər Əliyev Beynəlxalq Aeroportunda festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov qarşılayıblar. Təşkilatçılar müsahibələrində builki festivalın özəlliklərindən söz açıblar.
“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı, müğənni və bəstəkar EMİN deyib: “Ötən il festival möhtəşəm keçdi. Biz anlayırdıq ki, növbəti festival ondan daha üstün olmalıdır. İlboyu hazırlaşdıq, müğənnilərlə danışıqlar apardıq, texniki cəhətdən hazırlıq gördük. Əgər ötən il 400-ə yaxın qonağımız var idisə, bu il onların sayı 850-yə çatır. Bizi irəlidə möhtəşəm açılış, sonra isə Sofiya Rotarunun yubileyi, Alla Puqaçovanın musiqi gecəsi gözləyir. Festival Qriqori Lepsin yubiley gecəsi ilə yekunlaşacaq”.
Festivalın təşkilatçılarından biri Sergey Kojevnikov da həmkarının dediklərini təsdiqləyib. “Budəfəki “Jara” daha möhtəşəm olacaq. Dördgünlük festivalın üç günü yaradıcı gecədir. Festivalın ilk günündə ən müasir və sevilən hitlər səslənəcək”, - deyə Sergey Kojevnikov vurğulayıb.
İndiyədək cəmi bir dəfə keçirilməsinə baxmayaraq, festival musiqisevərlərin böyük rəğbətini qazanıb və mötəbər tədbirə çevrilib. Bu festival musiqi və mədəniyyət bayramı olmaqla yanaşı, digər mühüm bir məqamı da nümayiş etdirir. “Jara” həm də Azərbaycanla Rusiya arasında son illər bütün sahələrdə dinamik inkişaf edən, o cümlədən humanitar sahədə genişlənən münasibətlərin göstəricisi kimi xarakterizə oluna bilər. AZAL-ın xüsusi reysi ilə ölkəmizə gələn Rusiyanın məşhur “ulduzları” Azərbaycana sevgilərini bu torpağa qədəm qoyduqları andan hiss etdiriblər.
Azərbaycanda ilk dəfə olduğunu bildirən müğənni MONATİK deyib: “Həmkarlarımdan ölkəniz və şəhəriniz barədə çox eşitmişəm. Biz festivala ciddi hazırlaşmışıq. Ritmik, sümüyə düşən musiqilərlə gəlmişik. Bizim musiqimiz insanlarda pozitivlik aşılayır. İnanıram ki, “Jara” hər kəsə xoş anlar bəxş edəcək. Biz Bakının isti ab-havasına əlavə hərarət qatmağa çalışacağıq”.
Müğənni Qlyuk’oza festivala ilk dəfə qatılsa da, əvvəllər Azərbaycanda konsertlər verib. O, yüksək əhval-ruhiyyədə olduğunu qeyd edərək deyib: “Yenidən Bakıya gəlməyimə şadam. Festivalın bütün günlərində çıxışlarım var. Nə gizlədim, həyəcanlıyam. Lakin ümidvaram ki, Bakı tamaşaçısının dəstəyi bu həyəcanı unutduracaq”.
Zəngin tarixi, mədəniyyəti, mətbəxi, müasir turizm infrastrukturu, qonaqpərvərliyi ilə turistləri heyran edən Azərbaycan möhtəşəm tədbirləri yüksək səviyyədə təşkil edir. Festival iştirakçıları bu məqamı xüsusi vurğulayırlar.
Müğənni, şoumen Timur Rodrigez: “Azərbaycan, Rusiya və Ukraynadan olan dostlarım deyirlər ki, “Jara” festivalı çox möhtəşəm musiqi bayramıdır. Əlbəttə, məşhur estrada ulduzlarının, çoxsaylı musiqiçilərin qatıldığı bir festival mütləq şəkildə böyüməli, inkişaf etməlidir. Əgər nəzərə alsaq ki, Bakı tədbirlərin təşkilinə necə böyük həssaslıqla yanaşır, deməli, bu festival da yüksək səviyyədə keçəcək. Bakını uşaqlığımdan sevirəm, bu şəhərə bağlıyam. Həyatımın Bakı ilə bağlı olan hər bir hadisəsi mənə olduqca xoş təəssüratlar bağışlayır. Bu dəfə də belə olacaq”.
Müğənni Anita Tsoy: “Bakını çox sevirəm. Ailəm də buradadır, artıq Xəzərin sahilində dincəlir. Festivala yaxşı hazırlaşmışam. Məni balet qrupum müşayiət edəcək. Bakılılara xoş əhval-ruhiyyə bəxş etməyə çalışacağam. Ötənilki qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm”.
Festivalın aparıcısı Yana Çurikova da yüksək təşkilatçılıqdan, festivalın əhəmiyyətindən söz açıb: “Sizi də, bizi də təbrik edirəm. “Jara” daha möhtəşəm olub. Ötən il hər kəs anladı ki, iki gün kifayət etmir. Bu dəfə isə dörd gün ərzində musiqiçi və müğənnilər il ərzində hazırladıqları nömrələri təqdim edəcəklər. Təşkilatçıların yanaşması, keçirilən məkan, qonaqpərvərlik yüksək səviyyədədir. Tematik günlər isə bu festivalı daha yaddaqalan edəcək. SSRİ xalq artistləri Alla Puqaçova və Sofiya Rotaru hələ Sovet İttifaqı zamanı Azərbaycanda yaxşı tanınırdılar. İllər sonra da Bakıdakı konsertlərini səbirsizliklə gözləyirdik. Burada bizi sevir və qayğımıza qalırlar”.
Müğənni Burito: “Bu festival dostlarla görüşmək üçün çox gözəl fürsətdir. İkincisi, artıq bizə doğma olan Bakı ilə görüşdür. Ən əsası isə tamaşaçılarla xoş ünsiyyətdir. Ötən il tamaşaçıların mehriban və isti münasibəti yaddaqalan oldu. Təşkilatçılıq yüksək səviyyədədir”.
Müğənni Yuliana Karaulova: “Jara” yüksək əhval-ruhiyyə, bayram, çoxsaylı xoş görüşlərdir. Bakıya bütün tanınmış müğənnilər gəlib. Bu da həmkarlarla görüşmək üçün yaxşı imkandır. Çox ciddi hazırlaşmışam, təşkilatçılıq əladır. Bakını çox bəyənirəm, bu il mütləq şəhəri gəzəcəyəm”.
Beləliklə, iyulun 27-dən başlayaraq iyulun 30-dək Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunan festivalda dünya şöhrətli müğənnilər Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Filipp Kirkorov, Qriqoriy Leps, EMİN, Valeriya, Valeri Meladze, Kristina Orbakayte, Nikolay Baskov, Ani Lorak, Dima Bilan, Lev Leşenko, Vladimir Vinokur, həmçinin sevilən sənətçilər Sergey Lazarev, Vera Brejneva, Aleksey Vorobyov, Potap və Nastya, Svetlana Loboda, Stas Mixaylov və başqaları tamaşaçılara unudulmaz anlar bəxş edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

