"Yarımçıq əlyazma"nın Odisseyası Roman Braziliyanın "İdeia" nəşriyyatinda çap edilib
01.07.2009 [11:18]
Dəyirmi masada Aleksandr Liverqant, Lev Anninskiy, Aleksandr Tkaçenko, Boris Yevseev, İnna Rostovstseva, Lyudmila Lavrova, Alla Axundova və s. kimi ədiblər, ədəbiyyatşünas alimlər və tənqidçilər iştirak ediblər. Bütün bu proseslərin nəticəsi kimi Rusiya PEN-mərkəzi yekdilliklə ilk dəfə olaraq başqa ölkə yazıçısını sıralarına daxil edib. Fransanın məşhur İNALKO Universitetində də romanın son dərəcə maraqlı müzakirəsi keçirilib.
Əldə etdiyimiz məlumata görə, “Yarımçıq əlyazma” bu günlərdə Latın Amerikasında - Braziliyada işıq üzü görüb.
Kitabın nəşri ilə bağlı müəllifin eksklüziv müsahibəsini diqqətinizə təqdim edirik:
- “Yarımçıq əlyazma”nın Braziliyada çapdan çıxmasını necə qarşıladınız?
- Sevindim.
- Niyə məhz Braziliya?
- Hər hansı başqa ölkədə nəşr edilsəydi də, eyni sualı vermək olardı. “Yarımçıq əlyazma” ilə bağlı ən son məlumatım: kitab artıq Polşada da çap edilib. Soruşa bilərsiniz: niyə məhz Polşa? Niyə də məhz Braziliya, Polşa olmasın? Mən özüm qeyd elədim ki, buna sevinirəm. Ancaq, məncə, ən böyük sevinc Azərbaycan ədəbiyyatının bu uzaq və yaxın ölkələrə kimə həsr olunmuş mövzu ilə daxil olmasıdır. Dədə Qorqud, Şah İsmayıl Azərbaycanı yetərincə təmsil edən adlardır.
- Braziliyada çoxmu tanıdığınız var?
- İkicə nəfər. Birini əyani şəkildə tanıyıram. Bu adam Braziliyadakı Paraiba Universitetinin professoru, görkəmli ədəbiyyatşünas-alim Sudha Svarnakardır. O biri tanıdığım isə Peledir. Peleni qiyabi tanıyıram.
- Kitaba ön sözü professor Sudha Svarnakar yazıb...
- Bəli, o yazıb. Kitabın Braziliyada nəşrinin əsas təşəbbüskarı və icraçısı da odur. üç il əvvəl professor Sudha Bakıya gəlmişdi, bizim universitetimizin təşkil etdiyi beynəlxalq konfransda iştirak edirdi. Fransızca bildiyinə görə mən “Yarımçıq əlyazma”nın Parisdə fransızca çap edilmiş nüsxəsini ona hədiyyə etdim. Nəticə göz qabağındadı. Mən bu işdə zəhməti keçmiş hamıya - professor Sudha Svarnakara, romanı portuqal dilinə tərcümə etmiş Salvador Universitetinin (Braziliya) professoru Humberto Luiz Lima de Oliveraya, xanım Sudha ilə əlaqə saxlamağıma kömək edən professor R.Qeybullayevaya, bir sözlə, zəhməti olan hər bir adama minnətdaram.
- “Yarımçıq əlyazma”nın Odisseyası bununla bitirmi?
- Bitmir. İndicə dediyim kimi, xəbər almışam ki, roman artıq polyak dilində Polşada çap edilib. Hal-hazırda Yaponiyada görkəmli slavist professor İçiro İto onu yapon dilinə tərcümə edir. Dünyanın başqa bir zəngin dilinə - ərəb dilinə tərcümə üzərində də iş gedir. Tərcümə prosesi nəfəs dərmək deməkdir.
- İngilis dilinə tərcümə barədə nə deyə bilərsiniz?
- Bu dilə tərcümə artıq tamamlanıb. Uyğun nəşriyyat seçimi məsələsində son dərəcə tənbəl və sistemsiz addımlar atmaqdayam.
- Yeni bir əsər üzərində işləyirsinizmi?
- İşləyirəm. Romanın adı belədir: “Unutmağa kimsə yox...”. Qismətdisə, bu, bir trilogiya olacaq: “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...”.
Söhbətləşdi: Etimad Başkeçid
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

