Yeni teatr mövsümü nə ilə yadda qalacaq?
21.10.2016 [09:56]
Azərbaycan tamaşaçılarını zəngin və maraqlı repertuarlar gözləyir
Artıq bir aya yaxındır ki, ölkə teatrları yeni mövsümə start verib. Və ötən mövsümlərdə olduğu kimi, bu dəfə də teatrlarımız tamaşaçılara maraqlı anlar vəd edir. Məsələn, 107-ci mövsümünə sentyabrın 18-də start verən Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümü dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası ilə açıb.
Eyni zamanda, teatrda oktyabr ayı üçün zəngin və maraqlı repertuar hazırlanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşaçılar ay ərzində “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi), “Toya bir gün qalmış” (Ə.Səmədli), “999-cu gecə” (F.Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev) və başqa tamaşaları izləyə bilərlər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) isə öz 89-cu mövsümünə S.Şeydanın “Tülkü, tülkü, tünbəki” və İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşaları ilə başlayıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsümün ilk premyerası isə oktyabrın 30-da baş tutacaq. Həmin gün nümayiş olunacaq İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi və “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə ərsəyə gəlib.
Bundan başqa, sözügedən teatr oktyabr ayı ərzində tamaşaçılarına “Çirkin ördək balası” (H.X.Andersen), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Əlibaba və qırx quldur” (ərəb xalq nağılı), “III Riçard” (U.Şekspir), “Hekayəti-Xırs-quldurbasan” (M.F.Axundzadə), “Tıq-tıq xanım” (A.Şaiq), “Pəri Cadu” (Ə.Haqverdiyev), “Mən səni sevirəm-MSS” (Ə.Əmirli) tamaşalarını təqdim etməyi qərara alıb. Eyni zamanda, teatr ilboyu öz tamaşaçılarını maraqlı, yeni səhnə əsərləri ilə sevindirməkdə davam edəcək.
Öz növbəsində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümünə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə start verib. Teatrın mətbuat xidmətindən bildirilib ki, 144-cü mövsümdə tamaşaçılara həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq. Oktyabr ayının repertuarını isə “Xanuma” (A.Saqrelli), “Danışan gəlincik” (A.Şaiq), “Zorən şorgöz” (R.Kuni), “Ölülər” (C.Məmmədquluzadə) və “Müsyö İbrahim və Quran çiçəyi” (E.Şmit) tamaşaları daxil edilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə 108-ci teatr mövsümünə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayıb. Teatrın mətbuat xidmətindən o da bildirilib ki, oktyabrın 22-də P.Çaykovskinin “Qu gölü” baleti, 26-da isə Xalq artisti Fidan Hacıyevanın iştirakı ilə Jorj Bizenin “Karmen” operası tamaşaya qoyulacaq. Məlumat üçün bildirək ki, klassik balet sənətinin parlaq nümunələrindən biri olan “Qu gölü” tamaşası uzun illərdir teatrın repertuarındadır və baletsevərlər bu tamaşada əsas rollarda yerli sənətçilərlə yanaşı, xarici ölkələrdən dəvət olunmuş balet ulduzlarının çıxışlarına da maraqla tamaşa edə bilirlər.
Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayıb. Əvvəlki illərdə olduğu kimi bu il də uşaqları sevindirməyi qarşısına məqsəd qoyan teatr oktyabr üçün bir-birindən rəngarəng repertuar planı hazırlayıb. Belə ki, balacalar üçün “Pinokkionun sərgüzəştləri” (K.Kollodini), “Cırtdan” (M.Seyidzadə), “Qoğal” (rus nağılı), “Göyçək Fatma” (K.Ağayeva), “Qoçaq Əhməd” (T.Ağayeva), “Çipollino” (C.Rodari) tamaşaları səhnələşdiriləcək. Məlumata görə, ilin sonunadək yeni səhnə əsərlərinin təhvil verilməsi də nəzərdə tutulur.
Onu da qeyd edək ki, hazırda ölkədə 28 peşəkar teatr fəaliyyət göstərir ki, bunlardan biri opera və balet, 19-u dram, musiqili-komediya və musiqili dram, 8-i isə uşaq və gənc tamaşaçılar teatrlarıdır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

