"Azərbaycan - dünyam mənim"
08.05.2009 [14:46]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan - dünyam mənim” yaradıcılıq müsabiqəsinə yekun vurulub. Dünən Dövlət Musiqili Komediya Teatrında Bakı məktəbliləri arasında keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mükafatlandırma mərasimindən öncə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində təhsilin və elmin inkişafı üçün görülən işləri, həmçinin, dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafı üçün atılan addımları əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi, Əməkdar müəllim Nailə Rzaquliyeva öncə ümummilli lider Heydər Əliyevin təhsilə və elmə ayırdığı xüsusi diqqət və qayğıdan söhbət açıb: “Ulu öndər Heydər Əliyev həyatda nail olduğu müvəffəqiyyətləri ilk növbədə təhsil ilə bağlayıb. Müəllimlərinə böyük ehtiramını və məhəbbətini daim ishar edən Heydər Əliyev deyirdi ki, millətin tərəqqisi ilk növbədə onun təhsilindən asılıdır. Təhsili və mədəniyyəti inkişaf etdirmək, milli kadr potensialını artırmaq qayğısına qalan Heydər Əliyev daim təhsil sahəsinə xüsusi diqqət göstərməklə Azərbaycanda ziyalı mühitinin formalaşmasında böyük tarixi missiyanı həyata keçirmiş oldu”.
N.Rzaquliyevanın sözlərinə görə, təhsili millətin gələcəyi və müstəqil dövlətin ən vacib elementlərindən biri hesab edən ulu öndərin hər kənddə, hər qəsəbədə məktəb tikintisi ilə maraqlanması, səfər etdiyi rayonlarda ilk növbədə təhsilin vəziyyətini xəbər alması onu göstərirdi ki, ümummilli lider maddi kapitalın insan kapitalına çevrilməsi yolunda mübarizəni daim davam etdirir. ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyən N.Rzaquliyeva bu böyük xəzinəni qoruyub saxlamaq, inkişaf etdirmək kimi tarixi missiyanı öhdəsinə götürən dövlət başçısı İlham Əliyevin təhsilin inkişafı üçün ən yeni model və texnologiyaların tətbiqi naminə bir sıra önəmli addımlar atdığını vurğulayıb: “Təhsilin inkişafına dair imzalanan 16 Sərəncam bu sahəyə diqqət və qayğının bariz nümunəsidir. Son illərdə təkcə 1200 məktəbin tikilib istifadəyə verilməsi, minlərlə təhsil müəssisəsinin əsaslı təmiri, məktəblərin yeni təlim texnologiyaları ilə təminatı sahəsində atılan addımlar qəbul olunan qərarların möhtəşəmliyindən xəbər verir”.
Daha sonra müsabiqə haqqında məlumat verən N.Rzaquliyeva bildirib ki, 330 min şagirdin təhsil aldığı Bakı məktəblərində sözügedən müsabiqə böyük maraqla qarşılanıb. Müsabiqənin iki ay davam edən seçmə mərhələsində 13 istiqamət üzrə 74 şagird qalib seçilib. Bunlardan 28 şagird birinci, 30 nəfər ikinci, yerdə qalanı isə üçüncü yeri tutub. Qeyd edək ki, müsabiqə ədəbi-bədii, elmi-tədqiqat və kompüter layihələri üzrə keçirilib.
Təhsil naziri Misir Mərdanov isə bu müsabiqənin şagirdlər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib və əlavə edib ki, belə müsabiqələrin əhatə dairəsinin genişləndirilməsi, hətta kənd məktəblərində də keçirilməsi nəzərdə tutulur. Azərbaycanda istedadlı gənclərə böyük önəm verildiyini vurğulayan nazirin sözlərinə əsasən, ölkədə istedadlı gənclərin aşkara çıxarılması məqsədi ilə xüsusi Dövlət Proqramı hazırlanıb, icra edilməkdədir. M.Mərdanov hökumət tərəfindən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması istiqamətində atılan addımları da bu istiqamətdə görülən işlərin sırasına daxil edib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

