Söz və mətbuat azadlığının Azərbaycan modelinə həsr olunmuş monoqrafiya
06.05.2016 [10:11]
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyası çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov olan monoqrafiya 3 fəsildən ibarətdir.
“Söz azadlığına siyasi-hüquqi yanaşma” adlı birinci fəsildə azadlıq kateqoriyası sosial-mənəvi kriteriya və cəmiyyətin inkişaf səviyyəsi kimi nəzərdən keçirilir. Qeyd edilir ki, müasir cəmiyyətlərdə azad KİV demokratiyanın, siyasi plüralizmin və sosial-mədəni çoxyönlülüyün inkişafının əsas təkanverici qüvvəsidir. İnsan hüquqlarına dair konsepsiyaların müqayisəli təhlilinə geniş yer ayıran müəllif monoqrafiyada azadlıq anlayışının sosial-siyasi dəyərlərini, səciyyəvi cəhətlərini, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətlərini, söz və mətbuat azadlığının, plüralizmin mahiyyətini tarixi və müasir inkişaf kontekstində təhlil edir.
Monoqrafiyanın “Söz və mətbuat azadlığı demokratik inkişafın göstəricisi kimi” adlı ikinci fəslində mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət amili, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində ifadə azadlığına müasir baxışı əks etdirən müəllif araşdırması böyük maraq doğurur.
“Azərbaycan mətbuatının inkişaf istiqamətləri: Yeni media erasına keçid” adlı üçüncü fəsildə isə nəzəri problemlərin təhlili fonunda Azərbaycan milli mətbuatının tarixi, təşəkkülü və inkişaf istiqamətləri araşdırılır, söz azadlığı və müstəqil mətbuatın inkişafında Ümummilli lider Heydər Əliyevin rolundan, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətindən geniş bəhs edilir və mətbuat azadlığının siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.
Kitabda Ulu öndər Heydər Əliyevin mətbuata diqqət və qayğısı və sonrakı dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əsaslı şəkildə araşdırılıb. Monoqrafiyada bu reallıq öz əksini tapıb ki, Azərbaycan dövləti sivil dəyərlərə hörmətlə yanaşmanı özünün daxili və xarici siyasətində təsdiqləyir.
Monoqrafiyada qeyd edilib ki, Ulu öndərin milli qanunvericiliyin təkmilləşdirilməsi, dünyanın bütün ölkələrinin milli hüquq sistemlərinə uyğunlaşdırılması ilə həyata keçirilməsini nəzərdə tutaraq atdığı hər bir addım, verdiyi hər bir təklif müstəqil Azərbaycanda söz və mətbuat azadlığına dövlət təminatı, Prezident qayğısının təzahürü idi. Həmçinin vurğulanıb ki, İlham Əliyevin Prezident seçilməsi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməklə söz və mətbuat azadlığı sahəsində də geniş perspektivlər açılıb. Müasir Azərbaycan reallığında mətbuatın bəşəri, demokratik keyfiyyətləri daha qabarıq şəkildə özünü büruzə verir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmaqdadır. Azərbaycanda beynəlxalq standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə azad sözün, mətbuatın qarantı kimi çıxış edir və bunu əməli işi ilə təsdiqləyir. Prezident İlham Əliyev hər zaman bildirir ki, siyasi əqidəsindən və baxışlarından asılı olmayaraq, hər bir jurnalistin və mətbuat işçisinin hüquqları dövlət tərəfindən qorunur. Bütün Azərbaycan mətbuatının perspektivi ilə bağlı düşüncələr isə yetərincə ürəkaçan mənzərə yaradır.
Monoqrafiyada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mətbuatın inkişafı istiqamətində həyata keçirdikləri işlərə, media nümayəndələri ilə görüşlərinə dair fotoşəkillər də öz əksini tapıb.
Oxucular və jurnalistlər üçün dəyərli vəsait olan bu monoqrafiyanın rəyçiləri siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı və siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Hikmət Məmmədovdur.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30

