Tanınmış müğənni İlhamə Quliyevə son mənzilə yola salınıb
27.02.2016 [11:36]
Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Quliyeva fevralın 26-da son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində qoyulmuşdu. Salonda sənətkarın vaxtı ilə ifa etdiyi unudulmaz xalq və bəstəkar mahnıları səslənirdi.
Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
İlhamə Quliyevanın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun bənzərsiz ifalarının pərəstişkarları axın-axın teatrın binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Matəm mərasimini giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyevanın yaradıcılıq yolundan və sənət dünyasından danışıb.
Bildirib ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva, bütün fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsinə böyük əmək sərf edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb.
Diqqətə çatdırılıb ki, İlhamə Quliyeva milli musiqimizi nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda təşkil olunan konsert proqramlarında uğurla təmsil edib.
Vurğulanıb ki, İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Mərasimdə çıxış edən Xalq artistləri Canəli Əkbərov, Natəvan Şeyxova və Yalçın Rzazadə İ.Quliyevanın sənət dünyasından, insani keyfiyyətlərindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, İlhamə Quliyeva səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, həm də Azərbaycan estrada sənətinə yeni nəfəs bəxş edib.
Mərhumun ailəsi adından çıxış edən Orxan Nadirov anasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.
Sonra tanınmış müğənni İlhamə Quliyevanın cənazəsi son mənzilə yola salınıb.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

