Qəbələ bütün musiqiçilərin, tamaşaçıların və sənətsevərlərin sevimli görüş yerinə çevrilib
13.08.2015 [10:07]
Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisədir
Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən 31-dək Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçirildi. Azərbaycan sənətçiləri ilə yanaşı, Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspanya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqa dünya şöhrətli incəsənət xadimlərinin iştirak etdiyi musiqi bayramı Cənubi Qafqazın ən gözəl istirahət mərkəzlərindən birində - “Qafqaz Resorte” hotelinin həyətində açıq havada, təbiətin qoynunda təşkil olunmuşdu. Festival nəinki ölkəmizin mədəni həyatında hadisəyə çevrildi, hətta onun sədası qonşu dövlətlərdən - Türkiyə, Gürcüstan, Rusiya, eləcə də, əksər Avropa ölkələrindən gəldi. Belə ki, dünyanın bir sıra aparıcı telekanalları operativ şəkildə Qəbələ musiqi festivalından xüsusi reportajlar hazırladılar, festivalın gündəliyini işıqlandırdılar.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hər il keçirilən festival dünyanın müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirir.
Əminliklə söyləmək olar ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə artıq musiqisevərlərin rəğbətini qazanıb. Çünki festivalda təkcə klassik musiqi həvəskarları deyil, həm də, Motsartın, Çaykovskinin, Şopenin, Şubertin, Verdinin, Bramsın, eləcə də, Ü.Hacıbəylinin, F.Əmirovun gözəl musiqisini simfonik orkestrin ifasında canlı olaraq dinləmək istəyən musiqisevərlər böyük maraqla iştirak edirlər.
Xalqlar arasında qarşılıqlı anlaşma və dostluğa xidmət edən festival
Ümumiyyətlə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda həyata keçirilən bütün tədbirlər - istər idman tədbiri olsun, istər incəsənət - həmişə öz möhtəşəmliyi ilə seçilir. Odur ki, builki incəsənət bayramı - VII Qəbələ Beynəlxalq Musiqi Festivalı da özünün təntənəli açılış və bağlanış mərasimləri ilə xüsusilə yaddaqalan oldu. İyulun 25-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxundu.
Məktubda qeyd edilirdi ki, 2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyətimizin tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Bu festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisədir.
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir: “Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir”.
Festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir
Qeyd olunduğu kimi, bu il 7-ci dəfə keçirilən Qəbələ musiqi bayramı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Bir sözlə, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.
Odur ki, festivalın təntənəli açılış mərasimində təşkilatçılar adından çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda indiyədək bir sıra uğurlu iri layihələr həyata keçirib. Bu uğurlu layihələr sırasına daxil olan ənənəvi Qəbələ Festivalı da nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da böyük əks-səda doğurur. Bu musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Qeyd olunub ki, bu il Azərbaycanda həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunur. Odur ki, budəfəki festivalın proqramına İtaliya Simfonik Orkestrinin ifasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin əsərləri də daxil edilib. Bu isə bir daha musiqinin sərhəd tanımadığını sübut etməklə yanaşı, eyni zamanda, Azərbaycan bəstəkarlarının da dünya musiqi xəzinəsinə töhfələr verdiyini isbatlamış oldu.
Azərbaycan Qərblə Şərqin mədəni dəyərlərini eyni dərəcədə təqdim etməyi bacaran nadir ölkədir
Musiqişünasların fikrincə hər il olduğu kimi builki festival da ölkəmizdə əsl musiqi bayramına, Qəbələ şəhəri isə bir neçə gün ərzində dünyanın musiqi paytaxtına çevrildi. Bundan əlavə, Azərbaycanın mədəni həyatında ən önəmli hadisələrdən biri olan bu festival öz zəngin proqramı və dəyərli qonaqları ilə də yadda qalan oldu. Bir həftə boyunca davam edən bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bütün bölgələrindən, həm də xarici ölkələrdən insanlar Qəbələyə axışırdılar. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar KİV nümayəndələri ilə söhbətlərində artıq indidən növbəti festivalı səbirsizliklə gözlədiklərini dilə gətirirdilər. Bu festival həm də onu təsdiq etdi ki, Azərbaycan Qərblə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır. Elə bunu festivalın təntənəli bağlanış mərasimi də bir daha sübut etmiş oldu.
Xatırladaq ki, iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti anşlaqla keçib.
Nazir və Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi bağlanış mərasimində çıxış edən festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli belə yüksək səviyyədə tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya iştirakçılar adından təşəkkürünü bildirib. Sonda “Moskva Virtuozları” Kamera Orkestrinin direktoru Qriqori Kovalevski çıxış edərək Azərbaycan xalqını bu musiqi bayramının uğurla başa çatması münasibətilə təbrik edib.
Çıxışlardan sonra festivalın yekun konserti olub. Səhnə “Moskva Virtuozları” Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış edib. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.Motsartın, F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, J.Arbanın əsərləri səsləndirilib. Festival möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

