Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla başa çatıb
20.05.2015 [09:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında təşkil olunan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 19-da uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumda fəal iştiraka görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, 100 ölkədən 500-dən çox nümayəndənin qatıldığı Forum günlərində 10-dan çox sessiya keçirilib. Ən vacib məsələ isə keçirilən sessiyalara və aparılan işgüzar müzakirələrə böyük marağın olmasıdır. Biz mədəniyyətlərarası dialoq və dostluq məsələlərini daha dərindən bilmək və öyrənmək istədiyimizi bir daha nümayiş etdirməyə müvəffəq olduq, hamımız bir komanda kimi işlədik.
Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada əl-Nəsif, Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Ba və Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi çıxış edərək belə bir mötəbər tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb. Mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsədlərdən olduğu bildirilib.
Natiqlər Forum çərçivəsində keçirilən sessiyaların əhəmiyyətindən söz açaraq müzakirə olunan məsələlərin aktuallığından danışıblar.
Bakı Forumunun səciyyəvi cəhətlərindən danışan qonaqlar burada bir çox yeni fikirlərin səsləndiyini xüsusilə qeyd ediblər.
Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, Bakıda belə bir mötəbər Forumun keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dünyada görmək istədiyi mövqeyi ilə bağlıdır. Məhz Azərbaycan Prezidentinin himayəsi ilə bu Forum böyük uğurla başa çatıb.
Nazir qonaqların diqqətinə çatdırıb ki, hazırda ölkəmiz Avropanın idman tarixində mühüm yeri olacaq birinci Avropa Oyunlarına hazırlaşır. Biz inanırıq ki, ölkəmiz hər bir iştirakçının qəlbində əbədi iz salacaq.
Bütün iştirakçılara uğurlar arzulayan Azərbaycanın mədəniyyət və turizm naziri onlarla iki ildən sonra keçiriləcək növbəti Mədəniyyətlərarası Dialoq Forumunda yenidən görüşəcəyinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10

