Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyada növbəti mədəniyyət tədbiri keçirilib
06.11.2014 [09:59]
Noyabrın 4-də Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib. “Düsseldorf Teatr Evi”ndə toplaşan 800-ə yaxın qonaq Azərbaycan caz musiqisini maraqla dinləyiblər.
Səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir ölkəmizin mədəni dəyərləri, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan incəsənətinə bir çox görkəmli simalar bəxş edən Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.
Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə də Qərb ilə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb.
Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, ölkəmizdə mövcud olan alman irsi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi və gənclərin təhsil almaları imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildirən aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz ölkəmizdə yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə mühüm musiqi tədbirlərindən biri olduğunu, caz-muğam sintezinin bənzərsizliyini vurğulayıb.
Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun ifasında möhtəşəm konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez etmələri konsertə marağı daha da artırıb.
Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri - Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu “Azərbaycanda alman irsi” kitabı paylanıb. Eyni zamanda, “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib.
Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

