Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycanın bölgələri ilə tanışlıq hər kəs üçün çox vacibdir

Azərbaycanın bölgələri ilə tanışlıq hər kəs üçün çox vacibdir

02.09.2014 [09:06]

Şirvan şəhərini və Ağsu rayonunu təmsil edən qruplar “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Gəncə şəhərində ekskursiyada olublar.
AzərTAc xəbər verir ki, hər iki qrupun üzvləri Heydər Əliyev park kompleksində inşa edilmiş Zəfər tağı qarşısında mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva məktəblilərə Gəncə, eləcə də tur-aksiya müddətində ekskursiya ediləcək yerlər haqqında qısa məlumat verib.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Şagirdlər burada Ulu öndərin abidəsi önünə gül dəstələri düzüblər və Mərkəz barədə ətraflı məlumat alıblar. Onlar burada dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və digər sənədlərə baxıblar.
Qrup rəhbəri, Şirvan şəhər Təhsil Şöbəsinin əməkdaşı Niyazi Nəcəfov Gəncə ilə bağlı ilk təəssüratını belə ifadə edib: “Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, eləcə də bölgələrin müasir inkişafını görmək hər birimiz üçün çox vacibdir. Xüsusilə yetişməkdə olan gənc nəslin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün bu tur-aksiya əvəzsizdir. Biz dörd gün ərzində Gəncə ilə yanaşı, Şəmkir və Göygöldə də olacaq, maraqlı ekskursiyalar edəcəyik. Bütün bunlara görə, aksiyanın təşəbbüskarı dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Paylaş:
Baxılıb: 1446 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30