Məktəblilər Gəncənin tarix-mədəniyyət abidələri, görməli yerləri ilə tanış olublar
27.08.2014 [09:25]
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Cəlilabad və Biləsuvar rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət iki qrup avqustun 26-da Gəncənin tarix-mədəniyyət abidələri, görməli yerləri ilə tanış olublar.
AzərTAc xəbər verir ki, əvvəlcə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edən şagirdlər burada şairin əlyazmalarına, eləcə də həmin dövrün eksponatlarına baxıblar. Şəhərin giriş qapısı olan qala divarları arxeologiya və etnoqrafiya muzeyi ilə tanış olan şagirdlərə Gəncənin qədim tarixi barədə məlumat verilib.
Sonra şəhər mərkəzinə gələn məktəblilər Cavad xan türbəsinə, buradakı Şah Abbas məscidinə, çökək hamama, həmçinin dekorativ sənət əsərlərindən ibarət sərgiyə baxıblar. Axşamüstü Xan bağında olan məktəblilər həmyaşıdları ilə söhbətlər edərək, özlərinə çoxlu dostlar qazanıblar.
Ekskursiyadan böyük zövq alan qrupun rəhbəri, Cəlilabad rayon 8 nömrəli orta məktəbin direktor müavini Gültəkin Ağayeva AzərTAc-a müsahibəsində deyib ki, Gəncə nəinki tarixi, həmçinin bu günü ilə də fəxr edə bilər: “Keçmişlə müasirliyin qovuşduğu bu məkanda hər şey göz oxşayır. Öz torpağını, yaşadığı şəhəri sonsuz məhəbbətlə sevənlər yalnız bu qədər fədakarlıq göstərə bilərlər. Yayın bu qızmar çağında park və xiyabanları bəzəyən yaşıllıqlar, gül-çiçəklər insana zövq verir. Şəhərdə gəzərkən söhbət etdiyimiz hər kəs bu gözəlliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib”.
Avqustun 27-də Cəlilabad və Biləsuvar məktəbliləri tur-ekskursiyanı Şəmkir və Göygöldə davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

