Heydər Əliyev Mərkəzində “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgi açılıb
08.05.2014 [09:42]
Mayın 7-də Heydər Əliyev Mərkəzində heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın bir çox ölkələrini gəzən fotoqraf və rejissor kimi tanınmış Adrian Sternin “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgisi açılıb.
AzərTAc xəbər verir ki, sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində reallaşdırılıb.
Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Məlumat verilib ki, sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə yönəltməkdir. Sərgidə 35 əsər nümayiş etdirilir. Müəllif Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son 10 ildə Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkib. Sərginin müəllifi Dünya Vəhşi Təbiət Fondunun Cənubi Afrikadakı nümayəndəliyinin fotoqrafı kimi vəhşi təbiətin qorunması, təsviri materiallardan istifadə edərək brakonyerlik və digər aktual məsələlər barədə müzakirələrin aparılması və tədbirlər görülməsini stimullaşdırmaq üçün fəal iş aparır.
Sərgi ilə bağlı fikirlərini bölüşən Adrian Stern bildirib ki, bu çox təqdirəlayiq tədbirdir. Bu qədər insanı bir yerə toplamaq və dəyərli fikirləri bölüşmək Azərbaycanın beynəlxalq səviyyədə təbiətin qorunması işinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Dəfələrlə Azərbaycanda olduğunu deyən fotoqraf hər səfərində paytaxtımızda gördüyü sürətli inkişafın onda heyranlıq doğurduğunu vurğulayıb. O bildirib ki, hər dəfə bu ölkəyə gələndə gözlədiyimdən daha çox dəyişiklik və inkişaf görürəm.
Hazırda Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyən Adrian Sternin sərgisi böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

