/ / Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Hüseynov son mənzilə yola salınıb
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Hüseynov son mənzilə yola salınıb
03.04.2014 [09:56]
Aprelin 2-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “İstiqlal” ordenli Xalq yazıçısı İsa Hüseynov (İsa Muğanna) son mənzilə yola salınıb.
AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış qələm adamları iştirak ediblər.
Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulub.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülüb.
İsa Hüseynovun həmkarları, dostları, tanışları, tanınmış qələm adamları, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gəlir, görkəmli yazıçıya və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, hələ sağlığında ədəbiyyatımızın klassiklərindən birinə çevrilən İsa Hüseynovun əsərləri həmişə böyük sevgi və məhəbbətlə oxunub. Yaradıcılığının böyük bir hissəsi keçmiş sovetlər dövrünə təsadüf edən İ.Hüseynov daim sosializm-realizmin ənənələrindən uzaq, əsl ədəbi nümunələr yaratmağa müvəffəq olub. Onun ötən əsrin 60-70-ci illərində qələmə aldığı əsərlər nəinki Azərbaycan ədəbiyyatında, hətta sovet ədəbiyyatında böyük hadisəyə çevrilib.
E.Əfəndiyev deyib ki, 14-15 yaşları olanda ilk yazılarını İsa Hüseynova göstərir, ondan tövsiyələr alardı: “O, ədəbiyyatımızın “60-cılar” nəslinin həqiqi mənada bədii-estetik müəllimi olub. Biz onun əsərlərini oxuya-oxuya ədəbiyyata daha möhkəm tellərlə bağlanmışıq.
Vətənə, torpağa bağlı bir insan olan İsa Hüseynovun müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevə xüsusi hörməti vardı. Bu hörmət və ehtiram qarşılıqlı idi. Həmişə ölkəmizin uğurlarına sevinən İ.Hüseynov müsahibələrində Prezident İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirib”.
Baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, özünü ədəbiyyat üfüqlərində doğan bir günəş adlandıran yazıçı İsa Hüseynov böyük mütəfəkkir, görkəmli dil və fikir ustası kimi yazdığı əsərlərlə daim ədəbiyyatımızda yaşayacaq.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, İsa Hüseynovun yaradıcılığı Azərbaycan ədəbiyyatının böyük epoxasını əhatə edir. 50-ci illərdən başlayan bu yaradıcılıq böyük ədibin həyatının son gününədək həmin keyfiyyətlə, həmin enerji ilə davam etdirilib. Yaradıcılığı üç dövrə bölünən böyük yazıçımız İsa Hüseynov “Bizim qızlar”, “Dan ulduzu”, “Saz”, “Tütək səsi”, “Quru budaq”, “Kollu Koxa”, “Teleqram”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “İdeal”, “Məhşər”, “Cəhənnəm” və digər əsərləri ilə adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazıb. Bu əsərlər bizim ədəbiyyatımızı, mədəniyyətimizi, düşüncəmizi zənginləşdirir.
Nazir deyib ki, eyni fikirləri onun kino yaradıcılığı haqqında da söyləmək olar. 1960-cı illərdən başlayaraq bu sahədə intensiv çalışan İsa Hüseynovun ssenariləri əsasında bir-birinin ardınca beş film çəkilib. “26-lar”, “Doktor Nərimanov”, “Nəsimi”, “Tütək səsi” və “Nizami” adlı bu məşhur filmlərin hər biri milli kinomuzun qızıl dövrünün formalaşmasında böyük sanbalı olan qiymətli ekran əsərləridir.
Vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə və Xalq artisti, kinorejissor Eldar Quliyev çıxış edərək İsa Hüseynovun bənzərsiz yaradıcılıq axtarışlarından, səmimiyyətindən, yüksək insani keyfiyyətlərindən, xeyirxahlığından, gözütoxluğundan söz açıblar.
Vurğulanıb ki, o, dünyanın çox böyük yazıçıları ilə müqayisə edilə biləcək bir sənətkardır. Yazıçı gərək yazdığına inansın, inandığını yazsın. İsa Hüseynov da məhz belə yazıçılardan idi. İsa Hüseynov əsərlərində hadisələrə elmi-fəlsəfi baxımdan yanaşıb, bir yazıçı olmaqdan daha çox, sosioloq, filosof-tarixçi kimi ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin köklərini araşdırıb.
Mərhumun ailəsi adından çıxış edən qızı Sevinc Hüseynova istedadlı yazıçının xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.
Sonra görkəmli yazıçının cənazəsi son mənzilə yola salınıb.
Mərhum özünün vəsiyyətinə uyğun olaraq “Ruhani” saz havasının sədaları altında Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxİdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32

