/ / Toğrul Qəniyev: Bilkənt Simfonik Orkestrinin Heydər Əliyev Mərkəzində keçirilən konsertinə gözlənildiyindən də çox tamaşaçı gəlmişdi
Toğrul Qəniyev: Bilkənt Simfonik Orkestrinin Heydər Əliyev Mərkəzində keçirilən konsertinə gözlənildiyindən də çox tamaşaçı gəlmişdi
01.02.2014 [09:11]
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən konserti böyük alqışlarla qarşılanıb.
Orkestrin bədii rəhbəri İşın Mətinin dirijorluğu ilə keçən konsertdə skripkaçı, Azərbaycanın Əməkdar artisti Toğrul Qəniyev solist kimi çıxış edib.
Həmvətənimiz Toğrul Qəniyev konsert barədə öz təəssüratlarını AzərTAc ilə bölüşərək deyib: “Hazırda Türkiyədə çalışsam da, hər dəfə Azərbaycanda - doğma Vətənimdə çıxış edəndə ikiqat həyəcan keçirirəm. Çünki burada dostlarım, sənətimi sevənlər çoxdur. Bu isə böyük məsuliyyətdir. Kiçik bir səhv nəticəsində insan illərlə qazandıqlarını itirə bilər. Belə hal olmasın deyə biz öz üzərimizdə daim işləyir, gün ərzində ən azı 4-5 saat məşq edirik”.
Toğrul Qəniyev vurğulayıb ki, konsertə gözlənildiyindən də çox tamaşaçı, o cümlədən sənətsevərlər, görkəmli mədəniyyət-incəsənət xadimləri gəliblər: “Çıxışımız böyük alqışlarla qarşılanıb”.
Əməkdar artist Toğrul Qəniyev konsertin təşkilinə göstərdikləri dəstəyə görə Heydər Əliyev Mərkəzinə dərin təşəkkürünü bildirib.
Türkiyədə artıq 24 ildir işlədiyini deyən Toğrul Qəniyev Bilkənt Simfonik Orkestrinin yaranma tarixi haqqında da məlumat verib. Diqqətə çatdırıb ki, bu orkestrin yaradılması ideyası dünya şöhrətli türk alimi İhsan Doğramacıya məxsusdur: “Böyük alimin təklifi əsasında atam Sərvər Qəniyev orkestrin təşkilində yaxından iştirak edib. Beynəlxalq səviyyəli bu orkestrdə bir çox ölkələrdən musiqiçilər iştirak edirlər. Dünyanın hər yerindən solistlər, dirijorlar bu orkestrin tərkibində çıxış edirlər”.
Heydər Əliyev Mərkəzinin çox gözəl memarlıq nümunəsi olduğunu deyən Toğrul Qəniyev belə bir Mərkəzin təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoş məramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, Ulu öndərin adını daşıyan bu Mərkəz Ona layiq bir məkandır. Mərkəzin binası, onun hər bir detalı insana çox böyük estetik zövq verir: “Mən indiyədək heç yerdə Bakıdakı Heydər Əliyev Mərkəzinə bənzər memarlıq nümunəsi görməmişəm”.
Həmvətənimiz diqqətə çatdırıb ki, Mərkəzin Auditorim zalı ikiqat akustikaya malikdir. Bəlkə də dünyanın heç yerində belə bir zala rast gəlmək mümkün deyil. Burada səsin auditoriyaya təbii çatdırılması üçün akustika imkanı çox yüksək səviyyədədir. Tamaşaçı zalın istənilən yerindən çıxışı rahatlıqla dinləyə və seyr edə bilər.
Həmsöhbətimiz qeyd edib ki, Heydər Əliyev Mərkəzində konsertin keçirilməsi Bilkənt Simfonik Orkestri üzvlərinin Azərbaycan ilə daha yaxından tanış olmalarına əla bir fürsət verib. Onlar Dənizkənarı Milli Park, paytaxt Bakının klassik və müasir memarlıq nümunələrinə heyran olub, Heydər Əliyev Mərkəzini sonsuz maraqla seyr ediblər. Bu məkana bir dəfə daxil olan hər kəs yenidən qayıtmaq istəyir. Başlıcası isə odur ki, Heydər Əliyev Mərkəzi xalqın üzünə açıqdır.
Azərbaycanın gündən-günə inkişaf etdiyini, möhtəşəm beynəlxalq mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etdiyini deyən Toğrul Qəniyev nəinki paytaxt Bakıda, eləcə də respublikanın bölgələrində, o cümlədən gözəl Qəbələdə keçirilən beynəlxalq musiqi festivallarını xüsusi qeyd edib, bu tədbirlərə dünyanın nüfuzlu musiqiçilərinin toplaşdıqlarını diqqətə çatdırıb.
Gələcək planlarından danışan Əməkdar artist Toğrul Qəniyev Türkiyədə çalışdığı müddətdə qardaş xalqa xidmət etməkdən məmnunluq duyduğunu bildirib. Eyni zamanda qeyd edib ki, “mən ömrümün bu çağında - 48 yaşımda yenidən Azərbaycana qayıdıb Vətənə öz borcumu vermək istəyirəm. Mən konsertin təşkilində əməyi olanlara, bütün sənətsevərlərə təşəkkürümü bildirirəm, hər kəsi qucaqlayıb bağrıma basıram”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02

