/ / “Eko Rəsm Gündəliyi-2013” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçıları mükafatlandırılıblar
“Eko Rəsm Gündəliyi-2013” Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçıları mükafatlandırılıblar
11.12.2013 [09:37]
Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən “Eko Rəsm Gündəliyi-2013” (“Eco Picture Diary-2013”) Beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçılarının mükafatlandırılması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, bu möhtəşəm müsabiqə əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən qoyulmuş IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və “Panasonic Marketing MDB”nin (PMCIS) dəstəyi ilə təşkil olunub.
Tədbirdə IDEA-nın layihə direktoru Anara İsmayılova və Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru, professor Vüqar Məmmədov çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, 2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən müsabiqənin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Ekologiya sahəsində məktəblilərin biliklərinin artırılması və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi baxımından bu layihə uğurlu addım kimi dəyərləndirilə bilər.
Ümumilikdə, müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik daxil olub. Layihə üçün xüsusi olaraq hazırlanmış, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanılmış 5000 ekoloji gündəlikdən 3032-si tam şəkildə doldurularaq təhvil verilib. Bu beynəlxalq müsabiqədə iştirak edən 51 ölkə arasında ən yüksək göstərici hesab oluna bilər. Müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagird iştirak edib.
Layihənin milli turunun iştirakçıları olmuş məktəblilər müəyyən edilmiş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi “Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib və onların ideyalarının qısa təsvirini əks etdirən mətnlər əlavə ediblər.
Diqqətə çatdırılıb ki, IDEA bundan sonra da uğurlu layihələrin reallaşdırılmasına öz dəstəyini verəcək.
Vurğulanıb ki, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olub. O, anası ilə birlikdə Parisdə beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycanı təmsil edib.
Tədbirdə IDEA tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda müsabiqənin qalibləri haqqında dolğun məlumatlar öz əksini tapıb.
Təqdimat mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi və PMCIS-in direktoru Koji Taracima çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb və məktəblilərin ekoloji problemlərin həllinə yeni yanaşmalarını müsbət dəyərləndiriblər.
Mərasimdə PMCIS-in nümayəndəsi təqdimatla çıxış edib.
Sonra münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Fuad Soltanova, eləcə də 19 finalçıya sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına lisey, “Ankara məktəbi” məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri yer alıblar.
Münsiflər heyəti adından bütün qalibləri təbrik edən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun şöbə müdiri Elman Yusifov onlara yeni-yeni uğurlar arzulayıb.
Sonda müsabiqənin milli mərhələsinin qalib və finalçıları Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

