Ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işi uğurla davam etdirilir
23.11.2013 [12:24]
Bu işdə ön sıralarda gedən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliyinin dəstəyi ilə “1900-1917-ci illərdə Ukraynada təhsil alan və fəaliyyət göstərən azərbaycanlılar” adlı kitab çapdan çıxıb
Məlum olduğu kimi, xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü iş aparırlar. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliyi də bu istiqamətdə fəaliyyəti ilə seçilir. Bunu qəzetmizə açıqlamasında Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov deyib.
Onun sözlərinə görə, 1996-cı ildə Bakı şəhərində yaradılan mərkəzin rəhbəri Xalq şairi Söhrab Tahirdir: “Mərkəz yarandığı vaxtdan bu günə kimi dünyanın bir çox yerlərində Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir sıra maraqlı və silsilə tədbirlər keçirib”.
Yeri gəlmişkən, Rasim Məmmədov onu da deyib ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliyinin dəstəyi ilə “1900 - 1917 - ci illərdə Ukraynada təhsil alan və fəaliyyət göstərən azərbaycanlılar” adlı kitab işıq üzü görüb: “Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin ön söz yazdığı və bu il oktyabrın 18-də işıq üzü görən kitabda o dövrdə Ukraynanın ali təhsil müəssisələrindəki təhsilin səviyyəsi, tələbələrin mövcud vəziyyətdə demokratik hüquqları uğrunda apardıqları mübarizə, Ukraynadakı azərbaycanlı tələbələrin həmin dövrdə öz aralarında və başqaları ilə yazışmaları öz əksini tapıb. Kitabda həmçinin həmin dövrdə Ukraynada təhsil alan və fəaliyyət göstərən azərbaycanlıların adları, hansı universitetdə təhsil almaları və o dövrdə Ukraynada müsəlman tələbə təşkilatı qurmaq məsələsi ilə bağlı təşəbbüs göstərmələri də qeyd olunub. Kitabda həmin müsəlman tələbə təşkilatı adından fəaliyyət göstərmiş Mirəbdülfəttahxan Talışinskinin, Qənbər Rəfibəyovun, Əlibəy Əlibəyovun və digərlərinin fəaliyyəti də arxiv materiallarına əsasən oxuculara təqdim olunur. Bu qəbildən olan arxiv materiallarının və şəkillərin kitabda ayrıca bölmə kimi qeyd olunması da araşdırma əsərinə xüsusi bir gözəllik qatmaqdadır. Həmin dövrdə Ukraynada yaşayan və təhsil alan azərbaycanlıların siyahısı növbəti nəşrlərdə daha da təkmilləşdiriləcək və bu yöndə araşdırmalar davam etdiriləcək”.
“Mən bu kitabın hazırlanmasında göstərdiyi dəstəyə görə Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynova öz təşəkkürümü bildirmək istərdim” deyən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov sonda bundan sonra da ölkəmizin haqq səsini bütün dünyaya çatdırmaq üçün çalışacaqlarını bildirib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

