/ / “Çingiz Aytmatov və onun İssık-Kul forumu: Mədəniyyətlərin dialoqu və sivilizasiyaların yaxınlaşması” adlı beynəlxalq forum öz işini İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində davam etdirir
“Çingiz Aytmatov və onun İssık-Kul forumu: Mədəniyyətlərin dialoqu və sivilizasiyaların yaxınlaşması” adlı beynəlxalq forum öz işini İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində davam etdirir
16.11.2013 [09:51]
Noyabrın 15-də “Çingiz Aytmatov və İssık-Kul forumu: Mədəniyyətlərin dialoqu və sivilizasiyaların yaxınlaşması” adlı beynəlxalq forum öz işini İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində davam etdirib.
Forumda Qırğızıstanın prezident Aparatının və hökumətin nümayəndələri, deputatlar, səfirlər, dünyanın 20-dən artıq ölkəsindən gəlmiş politoloqlar, şair və yazıçılar, Aytmatovlar ailəsinin üzvləri, jurnalistlər iştirak edirlər.
Tədbirdə ölkəmizi Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimova təmsil edirlər.
Forumun Çolpon-Atada keçirilən iclasında Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Abdıqanı Ertkebaev, akademik Abdıldacan Akmataliev, ABŞ-ın İndiana Universitetinin professoru Çarlz Karlson, böyük yazıçının oğlu Askar Aytmatov, Türkiyədən gəlmiş yazıçı Mehmet Camal Çiftçiquzel, Qırğız-Türk “Manas” Universitetinin rektoru, professor Səbahəddin Balçı və başqaları çıxış edib, qırğız xalqının böyük oğlu Çingiz Aytmatov haqqında dünya şöhrətli yazıçı, humanist və filosof kimi danışıb, onun mədəniyyətlərin dialoqu sahəsindəki xidmətlərindən söz açıblar.
Nizami Cəfərov forumdakı çıxışında bildirib ki, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, türk dünyasının mədəniyyətini və düşüncə tərzini özündə ifadə edən dünya şöhrətli bir yazıçıdır. Çingiz Aytmatovu dünyanın istənilən böyük yazıçısı ilə müqayisə etmək və təbii ki, ona üstünlük vermək mümkündür. O bildirib ki, Çingiz Aytmatov dünyanın müxtəlif dinlərinə müraciət edib, islamdan başlamış xristianlığa, buddizmə, iudaizmə qədər dünya dinlərinin humanist cəhətlərini öz əsərlərində əks etdirib. Çingiz Aytmatov öz əsərlərini türk düşüncəsinin tərkib hissəsi kimi təqdim edən yazıçı olmaqla bərabər eyni zamanda, bir beynəlmiləlçidir, dünyanı olduğu kimi qəbul edən və onu şərh etməyi bacaran bir türk yazıçısıdır. O deyib ki, Çingiz Aytmatov insan mənəviyyatının ekoloqudur, müasir dövrdə onun qədər insan mənəviyyatını və təbiəti dərk edən ikinci bir yazıçı təsəvvür etmək çətindir.
Sonra forum iştirakçıları “Rux-Ordo” Etnoqrafik Kompleksində olublar.
Forum öz işini davam etdirir.
Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

