Müxtəlif mədəniyyətlərin sintezi...
30.04.2025 [08:22]
Beynəlxalq Caz Günüdür
Haqqında danışacağımız musiqi janrının vətəni Yeni Orlean sayılır. Amerikada yaşayan qaradərililərin ritmik musiqiləri ilə ağ dərililərin xalq musiqilərinin qarışığından yaranmış janrın dünya musiqi ictimaiyyəti tərəfindən qəbul edilməsi isə XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Caz vaxtı ilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi, nə vaxtsa öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları arasında yaranmış musiqi idi.
Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.
Yeni Orleandan dünyaya...
Tarixi qədim olan cazın belə gec tanınmasının, sözsüz ki, səbəbləri var. Musiqiçilər caz haqda danışarkən bildirilər ki, bu janrın Yeni Orleanda deyil, Amerikanın digər bir bölgəsində yaranması mümkün deyildi. Çünki caz Yeni Orleanın bütün xarakterini, mühitini özündə əks etdiri. Bu şəhər öz səs-küyü, şənliyi, ən başlıcası, buradakı qaradərili insanlarla daha çox özünüifadəyə imkan verməsi ilə fərqlənirdi. Bu da həlledici bir faktdır ki, Avropadan Cənubi Amerikaya köçmüş ilk qaradərili kolonistlər nəslinin xatirəsinə ucaldılmış yeganə heykəl məhz Yeni Orleandadır.
Cazın inkişafı mərhələləri...
“Ragtime”: Bu mərhələyə əsasən keçmişdə mərasimlərdə söylənilən mahnılar aid edilir. 1917-ci ilə qədər davam etmiş bu mərhələnin ən məşhur caz ustası Elli Roli Martondur. Təəssüf ki, bu dövrə aid heç bir caz nümunəsi qalmayıb.
“Blues”: Amerikalı qaradərili kölələrin işləyərkən söylədikləri “xalq mahnıları” olan “Blues” cazın meydana gəlməsində böyük rol oynayıb. “Blues” ifadə məzmunu baxımından zəncilərin daxili kədərini, çətinliklərini ifadə edir.
“Hot caz”: Artıq bu dövrdə caz daha da inkişaf edib, səhnəyə yol tapa bildi. “Hot caz” dövründə bütün caz ustaları öz üslublarını formalaşdırdı.
“Swing”: “Hot caz”ın davamı və daha təkmil formasıdır. Bu dövrdə caz bütün sərhədlərini müəyyənləşdirib və tam bir musiqi janrı kimi özünü təsdiq edib. Bu dövrün əsas caz ustaları Louis Armstrong, Colemas Havvkins, Lester Young, Roy Eldridge, Glenn Miller kimi sənətkarlar olub.
İnsanı göz yaşı həddinə gətirən janr...
Ağdərili amerikalılar qaradərili qulların mahnı və rəqslərini vəhşi təbiətin məhsulu kimi dəyərləndirirdilər. Avropa musiqisinin ənənəsinə alışmış qulaqlar bu musiqidə ancaq xaos və ahəngsizlik eşidirdi. Təxminən XIX əsrə qədər bu musiqini tədqiq etmək heç kimin ağlına gəlmirdi. Cazın primitiv olduğu qədər də intellektual, insanı göz yaşları həddinə gətirən musiqi janrı, müxtəlif mədəniyyətlərin sintezinin məhsulu olduğunu ağ dərili amerikalılar, eləcə də avropalılar sonralar başa düşdülər.
Caz onu qəbul etmək istəyən və istəməyən bütün xalqların musiqisinə daxil olmuş, hopmuş bir musiqi janrıdır. Hətta SSRİ kimi totalitar rejimə qulluq edən bir ölkə belə bu musiqinin sərhədləri aşmaq qüdrəti qarşısında aciz olub. Caz musiqiyə melodiya baxımından böyük yeniliklər gətirdi. Azərbaycanda da caz janrı kifyət qədər populyardır - bu janrın ölkəmizdə ən görkəmli nümayəndələri sırasında isə Vaqif və Əzizə Mustafazadələrin adlarını çəkmək olar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

