Bakıda “Tofiq Cavadov: 50 il sonra” sərgisi açılıb
17.05.2013 [13:33]
Mayın 16-da Bakı İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində Azərbaycanın görkəmli rəssamı Tofiq Cavadovun (1925-1963) yaradıcılığını əks etdirən retrospektiv sərgi açılıb.
AzərTAc xəbər verir ki, sərgi ilə bərabər Tofiq Cavadovun yaradıcılığını əks etdirən nəfis kataloqun təqdimatı da keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və sərginin təşkilat komitəsinin sədri, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək istedadlı fırça ustası Tofiq Cavadovun qısa, lakin mənalı ömür yolundan, qeyri-adi sənətkarlıq dünyasından geniş söz açıblar.
Bildirilib ki, bu, Tofiq Cavadovun ölümündən keçən 50 il ərzində açılan ikinci yaradıcılıq sərgisidir və bir çox tablolar ilk dəfə nümayiş olunur.
Tofiq Cavadovun ilk sərgisi onun Moskvada faciəli surətdə həlak olduğu 1963-cü ildə Bakıda keçirilib. O vaxtdan rəssamın bir dəfə də olsun yaradıcılıq sərgisi açılmayıb, sənət irsi layiq olduğu qədər təbliğ edilməyib. Dar çərçivədə olan mütəxəssislərin Tofiq Cavadov haqqında bilgisini nəzərə almasaq, qeyd etməliyik ki, ümumiyyətlə, bu istedadlı rəssamın həyat və yaradıcılığı haqqında bu günədək geniş ictimaiyyətin məlumatı olduqca məhduddur.
Tofiq Cavadov XX əsr Azərbaycan rəngkarlığının görkəmli nümayəndəsi, yaradıcılığında milli təsviri sənətin bir sıra xarakterik xüsusiyyətlərinin vəhdətinə və avanqard cərəyanının magistral inkişaf meyillərini müəyyənləşdirməyə nail olmuş istedadlı sənətkardır. O, Azərbaycan təsviri sənətinə sərt realizm gətirmiş bir rəssamdır. Eyni zamanda, Azərbaycanın ilk və bəlkə də yeganə neorealist rəssamıdır.
Bildirilib ki, istedadlı rəssamın insan və sənətkar kimi fiziki, cismani ömrü çox qısa olub. Lakin onun yaradıcılıq irsi intəhasızdır. O, rəssam kimi ömrünün sonunadək yüksəlib. Sağlığında bir sıra həmkarlarından fərqli olaraq sənətində bitib tükənməyib. Başqa sözlə, Tofiq Cavadovun yaradıcılıq ömrünün qısa olmasına baxmayaraq, bu ömür, bu yaşam öz tapıntıları və novatorluğunun əhəmiyyətinə, daxili tutumu və inkişaf səviyyəsinə görə daha uzun, davamlı sənətkar ömrünə bəs edəcək qədərdir.
Vurğulanıb ki, Rafael Gülməmmədli 2006-cı ildən Tofiq Cavadovun yaradıcılıq irsinin araşdırması ilə məşğuldur. O, bu müddət ərzində mərhum sənətkarın həyat və yaradıcılığını əhatəli şəkildə tədqiq edib, rəssamın bu günümüzə kimi gəlib çıxmış bütün yaradıcı irsini tapıb üzə çıxarılmasına nail olub.
Aparılmış bütün tədqiqat işlərinin nəticəsi Tofiq Cavadovun yaradıcılığına həsr olunmuş nəfis kataloqda öz əksini tapıb. Kataloqun əsas özəlliklərindən biri də odur ki, burada rəssamın bu günümüzədək gəlib çıxan bütün yaradıcı irsi - bütün rəngkarlıq və qrafik əsərləri toplanıb.
Diqqətə çatdırılıb ki, sərgidə T.Cavadovun bir çox rəngkarlıq və bütün qrafik əsərləri ilk dəfə nümayiş etdirilir. Ekspozisiya şəxsi kolleksiyalara aid olan əsərlərdən tərtib olunur.
Təqdim edilən sərgi Tofiq Cavadovun ikinci böyük fərdi sərgisidir. Qeyd olunduğu kimi, rəssamın ilk fərdi yaradıcılıq sərgisi onun faciəli şəkildə həlak olmasından sonra - 1963-cü ilin oktyabrında keçirilib. Ona görə də indiki sərginin adı “Tofiq Cavadov: 50 il sonra” adlanır.
Sərginin bütün təşkilati işlərini Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi və onun nəzdində fəaliyyət göstərən “Yeni Gallery”si həyata keçirib.
Mərasimdə çıxış edənlər sərginin keçirilməsi ilə bağlı göstərdikləri təşkilati dəstəyə görə Heydər Əliyev Fonduna və Müasir İncəsənət Muzeyinə, eləcə də əsərlərin tədqiqatı işində etdiyi yardıma görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, təşkilat komitəsi kataloqun nəşrinə göstərdiyi maliyyə yardımına görə isə “Auto Azerbaijan-Peugeot” şirkətinə də təşəkkür edib.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Sərgi mayın sonunadək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19

