Musiqili Teatrda "O olmasın, bu olsun" 100-cü dəfə oynanılıb
19.09.2024 [12:56]
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı yeni mövsümə "Üzeyir Hacıbəyli həftəsi" layihəsi çərçivəsində “O olmasın, bu olsun” tamaşasının 100-cü nümayişi ilə başlayıb.
Teatrdan Yeniazerbaycan.com-a bildirilib ki, tamaşadan əvvəl səhnəyə çıxan Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev həm Milli Musiqi Günü, həm teatrın yeni mövsümünün açılışı, həm də tamaşanın yubileyi münasibətilə bütün teatrsevərləri təbrik edib. O, “O olmasın, bu olsun” komediyasının yaranma tarixinə nəzər salaraq sonuncu quruluşundan keçən 26 il ərzində bu tamaşada rol almış mərhum sənətkarların da adlarını ehtiramla yad edib.
Tamaşanın quruluşçu rejissoru “Şöhrət” ordenli Xalq artisti Cənnət Səlimova da Üzeyir dühasının Azərbaycan mədəniyyəti tarixindəki önəmli yerindən danışaraq onun Musiqili Teatrın repertuarını zənginləşdirən ölməz əsərləri sırasında özünün də quruluş verdiyi tamaşanın olmasından qürür duyduğunu bildirib. Məşədi İbad obrazını Xalq artistləri Hacıbaba Bağırov (1998-ci ildən) və Ramiz Məmmədovdan (2000-ci ildən) sonra, Əməkdar artist Şövqü Hüseynovun (2014-cü ildən) da məharətlə canlandırdığını vurğulayan Xalq artisti aktyoru və teatrın kollektivini tamaşanın yubileyi münasibətilə təbrik edib.
Səhnə əsərində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nadir Xasiyev, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Səmədzadə Xasiyev, Hüseyn Əlili, Aydan Həsənova, Elməddin Dadaşov, Telnaz Hüseynova və başqaları çıxış ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

