“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
13.05.2024 [19:05]
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dilbər guşəsi Laçında davam edən festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib. Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi təqdim olunub. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması üzərində qurulub.
Təqdim olunan musiqi əsərlərinin bənzərsiz melodiyası ilə Həkəri çayının xəfif şırıltısı və iştirakçıların gur alqışları sanki bir vəhdət yaratmışdı. Üzlərdəki təbəssüm, qəlblərdəki fərəh və şaqraq ifalar günəşli-buludlu Laçın səmasında sanki əks-səda doğururdu.
Konsertdə sözləri sevimli şairimiz Əhməd Cavada, musiqisi tanınmış bəstəkarımız Emin Sabitoğluya məxsus “Şükriyyə” mahnısını övladları ilə birlikdə təqdim edən Xalq artisti Azər Zeynalov təəssüratlarını AZƏRTAC-la bölüşüb. Torpaqlarımızın düşmən tapdağından azad olunmasını hər bir azərbaycanlı üçün böyük xoşbəxtlik və qurur mənbəyi hesab edən Xalq artisti bu sevinci bizə bəxş edən Ali Baş Komandan, Prezident İlham Əliyevə, müzəffər ordumuza dərin minnətdarlığını bildirib. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. O deyib: “Builki festivalda gözəl Laçınımızda təqdim olunan “Sələflər və xələflər” layihəsi milli musiqimizə bağlı olan tanınmış ifaçıların eyni səhnəni övladları ilə bölüşməsinə böyük təkan verdi. Bu, həm qürurverici, həm də böyük məsuliyyətdir”.
Açıq səma altında qurulan səhnədə bir-birini əvəz edən ifalar, musiqi nömrələri hər bir iştirakçıya unudulmaz anlar yaşadıb.
Konsertdə Əməkdar artisti Şirzad Fətəliyevin övladı Arazla birgə milli musiqi alətimiz balaban və zurnada səsləndirdikləri “Turacı” və “Xırdaca” rəqslərimiz iştirakçıları qol qaldırıb oynamağa həvəsləndirib.
Təəssüratlarını AZƏRTAC-la bölüşən Əməkdar artist Şirzad Fətəliyev “Xarıbülbül” festivalının keçirilməsini musiqi irsimizin yaşadılması və təbliği baxımından çox yüksək qiymətləndirib.
“44 günlük Vətən müharibəsi bizə təkcə torpaqlarımızı qaytarmadı, həm də qürurumuzu, milli kimliyimizi bərpa etdi. Bizi dünyaya qəhrəman, vətənsevər, eyni zamanda, sülhsevər xalq kimi tanıtdı. Qazandığımız tarixi Qələbə həm də milli musiqimizin, Qarabağ muğam məktəbinin yenidən dirçəlməsinə, tanınmasına, inkişafına təkan verdi. “Xarıbülbül” festivalı isə sevincimizə sevinc qatıb. Bu il 35 yaşını qeyd edən festival ötən müddətdə bir çox ifaçıların yetişməsinə, tanınmasına, sənətə vəsiqə almasına vəsilə olub. Hər il olduğu kimi builki festivalın da proqramı çox zəngindir”, - deyə Şirzad Fətəliyev qeyd edib.
Konsert proqramı zənginliyi ilə yanaşı, həmçinin ifaçıların repertuarı və fərqli təqdimatları ilə maraq doğurub.
Sonda bütün iştirakçılar “Bura Vətəndir” mahnısını ifa ediblər.
“Sələflər və xələflər” layihəsi bir daha sübut etdi ki, ənənələr davam edir və milli musiqimizin, mədəniyyətimizin canlı klassikləri olan tanımış ifaçıların yolu bu gün onların övladları, yetirmələri tərəfindən uğurla davam etdirilir. Deməli, ataların açdığı cığıra yeni ləpir salanlar izləri itməyə qoymayacaq və davam edən ənənələr milli musiqi irsimizin tanınmasına, daha dolğun təqdimatına və daim yaşamasına təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

