Yuxu...
31.03.2023 [10:48]
Yoxsa beynimizin oyunu?
Şahanə XANKİŞİYEVA
-Əşşi yuxudu da, doğrudan götürüb qaçırmadım ki...
-Sənin qabağın alınmasa, bu gün yuxuda qaçırdarsan, sabah da doğrudan qaçırdarsan.
-İşə düşdük, qələt edib bir yuxu gördük...
Bu dialoq bir çoxumuza tanış gəlir. Bəli, “Yuxu filmi”...
Bir Benqal ata sözünə görə “Xəsisin yuxusu gəlməz”. Məcazi mənada işlənən bu ifadənin reallığına qalanda hər bir insanın yuxuya getdiyini bilirik. Yuxuya getmək, yoxsa yuxu görmək? Bax bu, mübahisəli məsələdir...
Yuxu həyatımızın ən sirli və maraqlı yaşamlarından biridir. Deyilənə görə, yuxu gün ərzində yaşadığımız və xəyalımızda olan proseslərin cəmləşmiş halıdır. Roma dövründə bəzi yuxular Senat tərəfindən təhlil edilirdi. Onlar yuxuların Tanrıdan gələn mesaj olduğuna inanırdılar. Bu da məlumdur ki, bir çox yaradıcı insanlar yuxularından ilham alırlar. Görmə qabiliyyəti zəif, ya da sonradan kor olan insanlar yuxularını şəkillərlə görürlər. Kor doğulanlar xəyallarını toxunma, qoxu, səs və duyğu kimi fərqli hisslərlə yaşayırlar. Aparılan araşdırmada görmə qüsurlu insanların daha çox kabus gördüyü müəyyən edilib. Digər bir araşdırmanın nəticəsinə görə isə uşaqlıqda ağ-qara televizora baxan insanların tez-tez ağ-qara yuxular gördükləri məlum olub.
Nə yatdın ki nə yuxu da görəsən?
Orta hesabla insan, ömrünün 16 ildən bir qədər artığını yuxuda keçirir. Yuxu zamanı beyin fəaliyyəti ləngimir, əksinə, zənginləşir. Yuxunun son mərhələsi olan REM yuxusunda beynimiz oyaq olduğumuz zamandan daha aktiv ola bilər. Bu hərəkətliliyə görə ən çox kabuslar bu mərhələdə görülür. Bir gecədə 4-6 yuxu görürük, ancaq onların 95%-ni unuduruq. Oyandıqdan 5 dəqiqə sonra yuxunun yarısı, 10 dəqiqə sonra isə 90%-i unudulur. Bayaq qeyd etmişdik ki, yaradıcı insanlar yuxularından ilham alırlar. Bəzi ixtiralar - DNT-nin quruluşu, dövri cədvəl, tikiş maşını və gilyotin elə görülən yuxulara əsasən icad olunub. Alimlərin fikrincə, məməlilər, quşlar, balıqlar və sürünənlər də yuxu görə bilirlər. Yuxuda gördüyümüz insanlar beynimizin hiyləsi deyil, real insanlardır. Biz onları real həyatımızda ən azı bir dəfə görmüşük, ancaq, xatırlamırıq. Ana bətnində olan 7 aylıq döllər belə yuxu görür, ancaq yuxularında özlərini görə bilmələri üçün 4 yaşına qədər gözləməli olurlar. Səbəb isə 4 yaşa qədər uşaqların özlərini tam dərk etməmələridir. Yuxuda gəzmək, (belə insanlar “lunatiklər” də adlanır- Ş.X ) ciddi bir vəziyyətdir və təhlükəli hadisələrə səbəb ola bilər. Bu “gəzinti” bəzi insanlarda tez-tez rast gəlinir. Yuxuda gəzməyin qarşısını almaq üçün beyin REM yuxusu mərhələsində əzələləri müvəqqəti olaraq iflic edir. İnsan oyananda hərəkət edə bilməməsi davam edərsə, yuxu iflici meydana gəlir. Yuxu görən insana yuxu uzun görünə bilər, lakin bu vəziyyət 20 saniyəni keçmir. Belə bir fikir var ki, xoruldayanda yuxu görə bilməzsən. Ancaq bu vəziyyət üçün heç bir elmi dəlil yoxdur. İnsanların 38%-i yuxularının ən azı bir dəfə gerçəkləşdiyini deyir. Bu mövzuda elmi məlumat olmasa da, yuxuların gələcəkdən xəbər verdiyinə inananların nisbəti 68% təşkil edir. Kişilər və qadınlar fərqli şəkildə yuxu görürlər. Kişilər daha aqressiv yuxular görsə də, qadınların yuxuları daha sakitdir.
Ümumiyətlə, ifrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.
Xəbər lenti
Hamısına baxMədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35

