Kara-Tun...
21.12.2022 [11:05]
Yaxud Böyük çillə
Qədim türklər indi 31 dekabrda qeyd etdiyimiz Yeni il bayramını 21 dekabrda keçirirmişlər. Bəli, türk kökənli xalqlarda 21 dekabr tarixi Yeni ilin gəlişini xəbər verirmiş. Tarixi mənbələrdə göstərilir ki, türk soyundan olan bəzi xalqlar həmin gün “Kara-Tun” adlanan bayramı xüsusi coşqu, rituallarla qeyd edirmişlər. Macarıstanda yaşayan türklər üçün də Kara-Tun bayramı müqəddəs sayılıb.
Tanınmış jurnalist Aida Eyvazlının “Macarıstan-Tyran” fondunun rəhbəri Andrios Bironun dediklərinə əsaslanaraq yazdığına görə, qədim macarlar dekabrın 21-22-də bütün gecəni yatmaz, tonqalın ətrafına yığışıb, işığın qaranlığa qalib gəlməsini, səhərin açılmasını gözləyərmişlər. İnanca görə, ağ atı 7 və ya 9 dəfə tonqalın başına hərləyirmişlər. Dekabrın bu günlərində xalq ən uzun gecəni birlikdə yola salıb, ən qısa gündüzü qarşılayırmış. Bu bayram onlarda işıq və ümid ənənəsi imiş. Macarıstan türkləri müasir dövrdə bu ənənənin itib batmaması naminə “Kara -Tun” bayramını tədqiq edir, öyrənir, yenidən həyata qaytarırlar.
Türk və qədim yunan mənbələrində “kara”, “qara” sözləri qaranlıq mənasını daşıyır. Bu gün macarların dilində işlədilən “karaçon” sözü daha çox günün qaraya çevrilməsi, qaranlığın artması, gecənin tez düşməsi ilə izah edilir. Qədim balkar dilində də “karaçon” sözü işlədilib. Amma buradakı türklər slavyanlaşmağa başlayandan sonra onların leksikonundan, həyat tərzindən “karaçon” sözü, adət-ənənəsi yavaş-yavaş çıxmağa başlayıb.
Maraqlıdır ki, bu gün “Kara-Tun” bayramı bütün Avropa dillərində “rojdestvo” (doğuluş) sözü ilə əlaqələndirilir. Bütün xaçpərəstlər 24 dekabr gecəsini müqəddəs sayırlar. Onların inancına görə, İsa peyğəmbər bu tarixdə dünyaya gəlib. Aida Eyvazlı yazır ki, macarların leksikonunda olan “karatun, karaçun” sözü isə belə müqəddəslik mənasını vermir. “Bu bayram əhval-ruhiyyəsi macarların məişətində o qədər güclü yer almışdı ki, hətta rəsmi olaraq xristianlığı qəbul edəndən sonra belə, onu xaçpərəst bayramı anlamına gətirməyi bacardılar. Təbii ki, bir neçə gün gec olmaqla. Lap elə İsa peyğəmbərin dünyaya gəlməsi gününə saldılar”.
Azərbaycanda isə 21 dekabr xalq təqvimi ilə Böyük çillənin daxil olduğu tarixdir. Naxçıvan, Şəki, Gəncə, Lənkəran kimi bölgələrimizdə, Güney Azərbaycanın şəhər və kəndlərində 21-dən 22-nə keçən gecə xüsusi olaraq qeyd edilir. İnanca görə, çillə gecəsi qədim Zərdüşt bayramı, Günəş Allahı Mitranın anadan olan günüdür. Həmin gündən sonra günəşli günlər uzanır. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Bu gecədə qar yağması çoxlu sevincə səbəb olur. Həmin gecə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır, ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə keçirirlər. Gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, böyüklər onlara da qarpız hədiyyə etməlidirlər. Böyük çillə gecəsi qardaş Türkiyədə də keçirilir.
Əslində, bu bayramların eyni kökdən, eyni inancdan qaynaqlandığını anlamaq o qədər də çətin deyil. Adı ya “Kara -Tun” olsun, ya da ki “Böyük çillə”, fərq etmir. Mahiyyət isə eyni və gözəldir: qaranlığa işıqla, şərə xeyirlə qalib gəlmək! Özü də elliklə, bayram edərək!
Səfurə
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

