Öz ölüm tarixini bilən ekstrasens...
14.12.2022 [11:04]
Yeganə BAYRAMOVA
Öz ölüm tarixini bilməsi ilə tanınan dünya şöhrətli öncəgörücü, kəhanətləri ilə məşhur olan əczaçı və kimyagər Nostradamus (əsl adı Mişel de Notrdam) adını ömründə bir dəfə də olsa eşitməyən, demək olar ki, yoxdur. Doğulduğu gündən bu günə qədər sirli bir sandıq kimi dünyanın maraq dairəsində olan bu müəmmalı kahinin doğum günüdür. Mişel de Notr Dam 1503-cü il dekabrın 14-də Sen-Remi-de-Provens şəhərində sefard yəhudilərinin ailəsində anadan olub.
Məlumata görə, Nostradamusun əcdadları Kalabriya hersoqlarının, xüsusən də, Xeyirxah Renenin sarayında müalicəçi kimi xidmət edirdilər. Lakin mövcud faktlara əsasən, onların kifayət qədər savadlı və imkanlı adamlar olduğunu iddia etmək olar. 1518-ci ildə 14 yaşlı Nostradamus Avinyon Universitetində oxumağa gedir və burada trivium deyilən elmləri - qrammatika, ritorika və məntiqi, daha sonra isə kvadriviumu - həndəsə, hesab, musiqi və astrologiyanı öyrənir. Lakin bir ildən çox keçmir ki, Avinyon Universiteti vəba xəstəliyinə görə bağlanır və Nostradamus oranı tərk etmək məcburiyyətində qalır. Sonra isə doktorluq dərəcəsi qazanmaq ümidi ilə Montpellier Universitetində təhsil almağa başlayır. Təhsil aldığı zamanlar bir neçə il aptekdə çalışıb, ancaq aptekdə işlədiyi aşkar edildikdən sonra universitetdən dərhal qovulur. Nostradamus 1531-ci ildə ailə həyatı qurub, lakin arvadı və iki uşağı 1534-cü ildə vəba epidemiyası zamanı ölüb.
Nostradamus 1550-ci ildə almanax yazıb və daha sonra müxtəlif varlı himayədarlar üçün astroloq kimi işləməyə başlayıb. Catherine de’ Medici onun əsas tərəfdarlarından biri olub. Onun 1555-ci ildə nəşr olunan “Les Propheties” əsəri, əsasən, tarixi mənbələrə əsaslanırdı.
Əksər akademik mənbələr Nostradamusun hər hansı həqiqi fövqəltəbii öncəgörücülük qabiliyyətinə malik olması fikrini rədd edir. Onlar dünya hadisələri ilə Nostradamusun dördlükləri arasında yanlış şərhlərin və ya səhv tərcümələrin nəticəsi olduğunu müdafiə edirlər.
Yazdığı “Senturilər” sanki onun gələcəyə etdiyi səfərin gündəliyi kimidir. Deyilənlərə görə, Nostradamus öz ölümünün dəqiq tarixini də bilirmiş. 1566-cı il iyulun birinci günü axşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək “məni sabah diri görməyəcəksiniz” deyib. 1566-cı il iyulun 2- də onu yatağında cansız tapırlar.
Nostradamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmasın deyə ayaq üstdə dəfn edilməsini istəmişdi. Onun məzar daşının üstündə “Burada fanilərin biri dəfn edilib” yazılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

