“Google” 25 yaşında
27.09.2022 [10:47]
G.QABİLQIZI
İnternet dünyası ilə yaxından-uzaqdan tanış olan hər bir kəs “Google” adına yaxşı bələddir. Bu gün internetin az qala sinoniminə çevrilən “Google” artıq bir çoxumuzun həyatına daxil olub, internet fəaliyyətlərimizdə əvəzolunmaz resursa çevrilib. Gündə yüz milyonlarla insan tərəfindən müraciət edilən google.com axtarış sistemi və portalı hazırda dünyanın ən inkişaf etmiş internet resursu sayılır. Özünün iqtisadi gücü və təqdim etdiyi xidmətlərin mübahisəsiz üstünlüyü ilə bütün dünyanı heyrətə gətirən “Google” internet şirkətinin qısa, ancaq maraqlı quruluş tarixçəsi var.
“Google” necə yarandı?
Şirkətin qurucularından biri Sergey Brin əslən rusiyalı mühacirdir. “Google”un digər qurucusu Larri Peyc Sergeylə 1995-ci ildə ABŞ-ın Stanford universitetində tanış olub. Bu iki gəncin elmi araşdırmalarının əsasını gündən-günə böyüməkdə olan nəhəng internet məkanında lazımi informasiyanın ən qısa və effektiv şəkildə əldə edilməsi üçün tələb olunan axtarış sistemlərinin yazılması təşkil edirdi. 1996-cı ilin yanvarında onlar Backrub adlanan axtarış sistemini proqramlaşdırmağa başlayıblar. Bu sistem kiçik miqyasda test edildi və onun axtarış probleminə gətirdiyi unikal həllər mütəxəssislərin təqdirini qazanıb. Onlar icad etdikləri yeni texnologiyanı “Google” adlandırıblar. Nəhayət, “Google.com” domeni 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçərək sentyabrın 27-də fəaliyyətə başlayıb.
“Google” nə deməkdir?
“Google” riyazi termindir və 1 rəqəminin arxasında 100 sıfırı ifadə edir. Bu termindən istifadə etməklə onlar təqdim etdikləri texnologiyanın sonsuz imkanlarını ifadə etmək istəyirlər. Dostlar 1 terabayt həcmində olan kompüter harddiskini güzəştli qiymətə alırlar və tələbə yataqxanasında Larrinin otağını “Google”un informasiya bazasının mərkəzi kimi istifadə etməyə başlayırlar.
“Google” və yaradıcılarının sərvəti
Forbes jurnalının hər il açıqladığı dünyanın ən varlı adamları, o cümlədən planetin ən gənc sakinlərinin siyahısında “Google” şirkətinin qurucuları Larri Peycin və Sergey Brinin də adları var. 2013-cü ilin sentyabrına olan göstəricilərə əsasən Larri Peycin sərvətinin miqdarı 24,9 milyard dollardır və hazırda onun 40 yaşı və bir övladı var. Eyni yaşda olan Sergey Brinin sərvətinin miqdarı isə nisbətən az, yəni 24,4 milyard dollardır. Onların hər ikisinin sərvətinin mənbəyi yaratdıqları “Google” şirkəti hesab olunur. 2013-cü ilin may ayına olan rəqəmlərə əsasən “Google” şirkətinin bazar dəyəri $268.44 milyard dollardır. İşçilərinin sayı isə dünya üzrə 53,861 nəfərdir. Şirkətin satışları $50.18 milyard dollar təşkil edir.
“Google”un maraqlı ofisləri
“Google”un ofisləri dünyada ən maraqlı ofislər sırasında yer alır. Burada şirkət işçiləri üçün bir sıra xidmətlər: idman və əyləncə meydançaları, camaşırxana, kimyəvi təmizləmə, avtomobil servisi, spa mərkəzi, üzgüçülük hovuzları, yüksəkkeyfiyyətli nahar, masaj və pulsuz tibbi xidmətlər təqdim olunur. Analitiklərin fikrincə, “Google” hələ ki, öz potensialından və resurslarından tam şəkildə istifadə etmir. Bu şirkətin sonu görünməyən layihələrinin və uğurlarının hara kimi gedəcəyini indidən təsəvvür etmək çox çətindir.
Yaxın keçmişdə “Google” şirkətinə ev sahibliyi etmiş məşhur qaraj köhnə kirayişinləri - Larri Peyc və Sergey Brin tərəfindən alınıb. Dostların bir zamanlar kirayə üçün aylıq 1700 dollar ödədikləri bu qarajı hansı məbləğə aldıqları isə açıqlanmır. Qaraj minlərlə turist tərəfindən ziyarət edilir. Çox maraqlıdır ki, Sergey və Larri xəbər agentliklərindən bu qarajın ünvanını gizli tutmağı xahiş etsələr də, özlərinin qurduğu “Google Earth” axtarış sistemi ilə bu qarajın da ünvanını asanlıqla tapmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

