10% Ermənistanın “hərbi güc” yarasına məlhəm olacaqmı?
26.11.2021 [10:38]
Ötən həftə Ermənistanın dövlət büdcəsi qəbul edilib. Nəzərdə tutulan istiqamətlərdən biri də Ermənistan cəmiyyətinin maraqla izlədiyi, həm də gözlədiyi hərbi potensialın artırılması ilə bağlılıq təşkil edən hərbi xərclərə ayrılacaq vəsaitin həcmi olub. Bu məsələ bu gün Ermənistanda revanşist hissləri ilə gündəmdə qalmağa çalışan, eləcə də ölkədə siyasi çevriliş planlaşdıran qüvvələrin maraq dairəsindədir. Rəsmi İrəvanın hazırkı rəhbərliyi məhz Köçəryan-Sarkisyan dönəmində ordunun yararsız hala düşdüyünü dəfələrlə bildirmişdi, revanşist qüvvələr isə Paşinyan hakimiyyətinin ordunun reanimasiyası üçün hansı addımlar atacağını səbirsizliklə gözləyirdilər...
Dövlət büdcəsinin müzakirələri zamanı Ermənistanın 2022-ci il üçün hərbi büdcəsində 10 faizlik artımın olacağı proqnozlaşdırıldığı səsləndirildi və qəbul olundu. Xatırladaq ki, Ermənistan cari ildə ordusuna 312 milyard dram və ya 597 milyon dollar ayıracağını bəyan etmişdi. Ermənistanın müdafiə sahəsindəki xərcləri 2020-ci ilə nisbətən cəmi 1,3 faiz artırılmışdı.
Azərbaycanda isə bu göstərici 4,58 milyard manata bərabərdir (2,7 milyard dollar). Bu, ötən illin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır.
Ermənistanın Baş naziri Paşinyan 2022 -ci il üçün müdafiə büdcəsi 2021 -ci illə müqayisədə 10% artacağını və bu rəqəmin 345 milyard dramdan çox olacağını düşünür. O bildirib ki, Ermənistan peşəkar bir ordu yaratmaq niyyətindədir.
Maraqlıdır, Ermənistanın gözünü dikdiyi 10 faizlik artım onlara hərbi sahədə nələrsə qazandıra biləcəkmi? Sözügedən artım Ermənistana necə təsir göstərəcək?
Mövzu ilə bağlı suallarımızı cavablandıran hərbi ekspert Ramil Məmmədli “Yeni Azərbaycan”a bildirdi ki, büdcədən müdafiə xərclərinə ayrılan hissə yalnız silah-texnikanın alınması üçün nəzərdə tutulmur: “Ermənistan silahlı qüvvələrinin formalaşması birbaşa Rusiya Federasiyasının sənaye müəssisələrinin imkanları səviyyəsindədir. Digər məmulatları isə dünyanın bəzi ölkələrindən, xüsusən Avropa ölkələrindən əldə edirlər və bu silah-texnikalar daha çox xüsusi təyinatlı qüvvələr üçün nəzərdə tutulur. Müdafiə büdcəsi təkcə silah-texnika alınması üçün deyil, həm də hərbi qulluqçuların maaşları və digər hərbi məsələlər üçün hesablanır”.
Ekspert bildirir ki, ordunun yenilənməsi, formalaşması üçün bir il və bir büdcə yetərli deyil: “Bu, illər ərzində, mərhələli şəkildə həyata keçirilə biləcək layihələrin əsasında reallaşa bilər. Hərbi məktəbi yenicə bitirən gənc zabitin mütəxəssis kimi formalaşması üçün minimum 10 il vaxt lazımdır. Bu baxımdan Ermənistanın dövlət büdcəsinin builki artımı 10 yox, istər lap 50% olsun, Ermənistan ordusuna hər hansı bir dividend qazandıra bilməz. Bu pullar yalnız hərbi qulluqçuların maaşlarının verilməsi, digər xərclərinin təmin olunması, sıradan çıxmış hərbi texnikanın bərpası üçün nəzərdə tutulan xərclərə kifayət edər”.
R.Məmmədli Ermənistanın 10 faizlik artımla orduda heç bir dəyişikliyə nail ola bilməyəcəyini deyir: “Bu büdcəyə nəzər yetirəndə görürük ki, Ermənistan həmin vəsaitlə sıradan çıxmış zirehli texnika parkını, artilleriyanı, hava sistemindən müdafiə bölmələrini yenidən qura bilməyəcək. Bu xərclər yetərincə böyük məbləğdə olan pullardır. Bu baxımdan da nəinki sözügedən artım, bundan sonra bir neçə il ərzində ayrılmış xərclər belə ordunun yenidən formalaşmasına kömək ola bilməyəcək”, - deyə ekspert bildirib.
Qeyd edək ki, ölkəmiz üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik Böyük Qayıdış ilinin - 2022-ci ilin büdcəsinin gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat məbləğində olacağı nəzərdə tutulur.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

