Dünya kosmik ailəsinin etibarlı üzvü
23.10.2025 [09:57]
“Azərkosmos” regionun kosmik sənaye habını formalaşdırır
Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) qlobal kosmik sənaye cəmiyyətinə inteqrasiyanı dərinləşdirməkdədir. Ölkəmizin kosmik sənayesində dayanıqlı inkişaf templəri regional alyansda mövqeyimizin möhkəmlənməsinə səbəb olur. Azərbaycan peykləri hazırda Afrika, Avropa, Mərkəzi Asiyanı əhatə edən geniş bir coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təqdim edir. Bu, sürətlə inkişaf edən qlobal kosmos iqtisadiyyatına “Azərkosmos”un innovasiyalar təqdimatında və ixracatında strateji mövqeyini artırır. Nəticədə Azərbaycanın kosmik sənayesinin inkişafı ölkəmizin regionda və qlobal miqyasda liderliyini daha da möhkəmləndirir.
Kosmos xidmətlərimizdən 50-dən çox ölkə yararlanır
Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə bildirib ki, Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi formalaşıb. Respublikamız 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib, kosmos xidmətlərindən hazırda 50-dən çox ölkə və 200-dən artıq şirkət yararlanır.
D.Bədirxanovun sözlərinə görə, peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlanılıb. 2014-cü ildə orbitə buraxılan “Azersky” peyki ilə ilk dəfə olaraq yerin məsafədən müşahidəsi sahəsində milli imkanlar yaradılıb. Müşahidə xidmətləri vasitəsilə kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə halların idarə olunması, hasilat sənayesi, nəqliyyat və yol infrastrukturunun inkişafı, müdafiə və təhlükəsizlik, turizmin inkişafı, xəritəçəkmə və şəhərsalma, meliorasiya və su təsərrüfatı, dövlət əmlakının idarə olunması və kadastr işləri üzrə innovativ layihələr həyata keçirir.
Bütün bu texnoloji imkan və xidmətlər sayəsində Azərbaycanı beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanıtmağa nail olub. Ölkəmizin milli kosmik infrastrukturu 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldırmağa imkan verir.
Kosmik məhsulların ixracı artır
“Azərkosmos” 100-dən çox strateji önəmli kommersiya layihəsi həyata keçirib və öz maliyyə portfelini xidmət satışları hesabına gücləndirib. İlk peykin orbitə buraxılmasından 10 il sonra kosmik qurum 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa nail olub. Son illərdə kosmik məhsulları ixracının coğrafiyası və həcmi də genişlənməkdədir. Məsələn, 2025-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon dolları dəyərində telekommunikasiya xidməti ixrac edilib. Xidmət ixracından əldə edilən gəlirlər milli kosmik agentliyin ümumi gəlirlərinin 66 faizini təşkil edir. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollarla Birləşmiş Krallıq, 2,3 milyon dollarla Lüksemburq, 569,5 min dollarla Nigeriya, 537,9 dollarla Türkiyə, 530,4 min dollarla İsveç qərarlaşıb.
Çinin kosmik nəhəngi ilə bir platformada
“Azərkosmos” Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə əməkdaşlığı artırmaq niyyətindədir. Ötən il sözügedən şirkətlə müqavilə imzalanıb və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası yaradılıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- StarWin” peyk internet platforması birlikdə təchiz edəcək. Əməkdaşlıq çərçivəsində, həmçinin “Azərkosmos” biznes xətlərini genişləndirməyə çalışaq ki, nəticədə bu layihə təkcə peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda kosmik texnologiya habına çevrilməsini təmin edəcək. Bu layihələr, həm də Azərbaycan iqtisadiyyatının güclənməsinə, post-neft dövründə milli gəlirlərin strukturunda kosmik sənaye dividentlərinin artmasına səbəb olacaq.
Beynəlxalq əməkdaşlıq çərçivəsində “Azərkosmos” qlobal peyk operatoru olan “ABS” şirkəti ilə faydalı əlaqələr qurub. Niderlandda keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında ABŞ-ın eyniadlı şirkəti ilə imzalanmış sazişə əsasən, milli kosmik şirkətimiz Amerikanın peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” xidmətini təqdim edəcək. Həmçinin dünyanın ən güclü qlobal peyk operatorlarından biri ilə yaxın tərəfdaşlıq “Azərkosmos”un biznes xətlərini genişləndirməyə, təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək.
Milli kadrların fəzaya çıxış hazırlığı
Kosmik Agentlik öz kadr institununu da gücləndirib və milli potensiala güvənilən baza formalaşır. İndiyə qədər kosmosa göndərilmiş peyklərdə yerli mütəxəssislərimiz çox az olduğu üçün bu prosesə xaricdən mühəndislər cəlb olunurdusa, hazırda peyk idarəetmə üzrə yerli mütəxəssislərin hazırlanması “Azərkosmos”un öz idaretmə imkanlarını təmin etməkdədir. Həmin potensiala arxalanaraq “Azersky 2” peyk proqramın idarə olunması milli kadrlar tərəfindən həyata keçiriləcək. Bu innovativ idaretmə modelinin növbəti mərhələsi isə azərbaycanlıların kosmonavtlar ailəsində yer almasıdır. Agentlik rəsmisi qeyd edib ki, gələcəkdə azərbaycanlıların kosmosa çıxması ilə bağlı tədbirlər görüləcək, onların təlimə və beynəlxalq kosmik proqramlara cəlb olunması ilə bağlı addımlar atılacaq.
5 il fəaliyyətdə olacağı təxmin edilən “Azersky-2” peyki ilə 500 km hündürlükdən uzunluğu 400 km-ə, eni isə 5 km-ə qədər fotolar çəkmək mümkündür. Peyk, ayırdetməsi 50sm-dən daha yaxşı təsvirlər əldə etmək üçün elektro-optikal kamera ilə təchiz ediləcək . Peykin məlumat yaddaşı 1 TB müəyyən edilib.Qurğu saniyədə 0.5 GB ölçüdə material ötürə biləcək. Peyk “OPTSAT 500” platforması üzərində istehsal ediləcək. Beləliklə, yeni peyk qurğusu Azərbaycanın ən son nəsil peyk parkının yaranmasına və çoxşaxəli və daha dəqiq müşahidələr aparmağa imkan verəcək.
Kosmik Aparatların İnkişafı Mərkəzi inşa olunacaq
“Azərkosmos” yaxın gələcəkdə peyklərin istehsalını reallaşdırmağı də hədəfləyir. Bu istiqamətdə ilk addımlar atılıb. Tədqiqat və İnkişaf üzrə kosmos komandası il yarımdır ki, İsraildə “Azersky-2” layihəsi çərçivəsində peykin istehsalı üzrə intensiv təlimlər keçir. “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur. Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağında Azərbaycanlı mütəxəssislərə köməkliyini göstəməkdədir. “IAI” proqram çərçivəsində “Azersky-2” üzrə iki peyk hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.
Yeni inşa olunacaq peyk istehsalı zavodu və istehsalata cəlb ediləcək işçilər üçün Kosmik Aparatların İnkişafı Mərkəzinin qurulması üzrə dizayn və layihələndirmə işlərinə yekun vurulub. “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə - Kosmik Aparatların İstehsalı Mərkəzi - “Spacecraft Development and Production” MMC yaradılıb. MMC kosmik aparatların istehsalı layihələrini daha asan şəkildə həyata keçirməyə imkan yaradacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

