Altsheymer xəstəliyinin müalicəsində qeyri-adi üsul tapılıb
05.10.2025 [17:28]
İsveçrənin Sürix və ABŞ-ın Nyu-York universitetlərinin tədqiqatçıları beyin¬də eyni anda bir neçə sahəni yüksək dəqiqliklə ultrasəs vasitəsilə stimullaşdırmağa imkan verən texnologiyanı təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, araşdırma “Nature Biomedical Engineering” (NBE) jurnalında dərc olunub.
İndiyədək ultrasəs neyromodulyasiyası yalnız bir nöqtəyə təsir göstərməyə imkan verirdi və bu da məhdud səmərəliliklə, həmçinin yüksək yan təsir riski ilə müşayiət olunurdu. Yeni cihaz isə yüzlərlə miniatür ötürücüdən ibarətdir. Onların yaratdığı ultrasəs impulsları bir-biri ilə üst-üstə düşərək hologramdakı işıq dalğalarını xatırladır. Nəticədə beyində bir neçə fokus nöqtəsi yaranır və neyron şəbəkələri aktivləşir.
Layihəyə rəhbərlik edən professor Daniel Razanskinin sözlərinə görə, bir neçə zonaya eyni vaxtda təsir imkanı ultrasəsin daha zəif intensivlikdə istifadəsinə şərait yaradır ki, bu da metodu daha təhlükəsiz edir. Əvvəllər təsir çox zəif olduqda stimulyasiya faydasız olurdu, həddindən artıq güclü olduqda isə bütün beyinə təsir edir və toxumalara zərər verirdi.
Texnologiya siçanlar üzərində sınaqdan keçirilib. Heyvanlara kəllə sümüyü üzərindən qeyri-invaziv stimulyasiya aparılıb və neyron şəbəkələrinin aktivliyi qeydə alınıb. Alimlərin ehtimalına görə, ultrasəsin təsiri təkcə lokal zəif istiləşmə ilə deyil, həm də neyronların ion kanallarına mexaniki təsirlə bağlıdır.
Hazırda metod fundamental tədqiqat mərhələsindədir, lakin gələcəkdə Altsheymer xəstəliyi, epilepsiya, tremor, Parkinson xəstəliyi və depressiyanın müalicəsində tətbiq oluna bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

