Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Siqareti tərgitməkdə ən təsirli rəqəmsal yanaşmalar müəyyən edilib - ARAŞDIRMA

Siqareti tərgitməkdə ən təsirli rəqəmsal yanaşmalar müəyyən edilib - ARAŞDIRMA

03.10.2025 [18:17]

Çinin Siçuan Universitetinin alimləri siqareti tərgitməyə kömək edən rəqəmsal proqramların effektivliyini araşdırıblar. “Nature Human Behavior” jurnalında dərc olunan araşdırma göstərib ki, ənənəvi proqramlara nisbətən fərdiləşdirilmiş və qrupa uyğunlaşdırılmış rəqəmsal müdaxilələr daha təsirli nəticə verir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatçılar 152 klinik sınağı təhlil ediblər. Nəticələrə görə, fərdiləşdirilmiş proqramlar siqareti tərgitmə şansını 1,86 dəfə artırır. Qrupa uyğunlaşdırılmış proqramlar isə daha yüksək nəticə göstərib (1,93 dəfə). Mətn mesajlarına əsaslanan müdaxilələr ən uğurlu texnologiya kimi seçilib. Maraqlıdır ki, orta yaşlı şəxslər bu proqramlara gənclərə nisbətən daha yaxşı reaksiya verib. Qısa və orta müddətli proqramlar uzunmüddətli müdaxilələrdən daha təsirli olub. Alimlər bildirirlər ki, bu nəticələr gələcəkdə texnologiyaya əsaslanan daha genişmiqyaslı və dayanıqlı siqaretlə mübarizə proqramlarının hazırlanmasına töhfə verə bilər. Lakin metodoloji fərqliliklər və uzunmüddətli izləmə məlumatlarının azlığı hələ də araşdırılmalı məqamlar olaraq qalır.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31