Günəş sisteminin gizli nəhəngi...
23.09.2025 [08:51]
Niyə 8-ci planetə Neptun adı verildi?
Günəş sistemimizin ən uzaq küncündə, qaranlıq kosmosun dərinliyində təkcə soyuq deyil, həm də sirr və sehr gizlənib. Bu, 8-ci və sonuncu planet Neptundur. Neptun Günəşdən ən uzaq məsafədə olmasına baxmayaraq, onun varlığı bizə sonsuz kainatın möhtəşəmliyini xatırladır. O, sanki, kainatın son nöqtəsi, bir səyahətin sonuncu dayanacağıdır. Elə bu səbəbdən də Neptun səssizdir, qaranlıqdır, amma bir o qədər də əzəmətli və cazibədardır. Neptunun mavi rəngi ilk baxışda insanı aldada bilər, bu, həyatın, suyun rəmzi kimi görünə bilər. Amma bu mavi, soyuq və ölümcül metan qazının yaratdığı bir gözəllikdir. Neptunun küləklərinin sürəti saatda 2,100 kilometri keçir, yəni Yer kürəsindəki ən güclü qasırğalardan belə qat-qat güclüdür. Neptunun kəşfi astronomiya tarixində bənzəri olmayan elmi zəka və müşahidənin bir qələbəsi kimi yadda qalıb. Bu, sadəcə bir planetin teleskopla görünməsi deyildi, riyazi hesablamalarla varlığı proqnozlaşdırılan ilk planetin tapılması idi. Neptunun kəşfi elm adamlarının kainatı yalnız baxaraq deyil, düşünərək də kəşf edə bildiklərini sübut etdi.
Neptunun kəşfi necə baş verdi?
19-cu əsrin əvvəllərində artıq Günəş sistemində Uran planetinin mövcudluğu məlum idi. Lakin astronomlar Uranın orbitində qəribəliklər müşahidə etməyə başladılar. O, hesablamalara uyğun hərəkət etmirdi, bəzən gözləniləndən daha sürətli, bəzən isə yavaş hərəkət edirdi. Bu isə alimlərə düşündürdü ki, onun yaxınlığında görünməyən, amma cazibə qüvvəsi ilə ona təsir edən başqa bir planet ola bilər.
Riyazi axtarışlar başlayır
İki müstəqil alim, fransız Urbain Le Verrier və ingilis John Couch Adams Uranın orbitini araşdırmağa başladılar. Hər biri fərqli vaxtlarda, mürəkkəb riyazi hesablamalar vasitəsilə görünməyən bir planetin mümkün mövqeyini təyin etdi.
Le Verrier öz hesablamalarını 1846-cı ilin yayında Berlin Rəsədxanasına göndərdi və orada çalışan astronom Johann Galle və onun köməkçisi Heinrich d’Arrest bu məlumat əsasında səmanı müşahidə etməyə başladılar.
Kəşfin əhəmiyyəti
Neptunun kəşfi astronomiyada yeni bir mərhələ açmışdı. Elmi metodların və nəzəriyyələrin real kainatla necə uyğunlaşa bildiyini göstərdi. İnsan zəkasının nə qədər uzağa gedə biləcəyini sübut etdi. Kainatın hələ nə qədər sirrli və dərin olduğunu bir daha ortaya qoydu.
Nə üçün Neptun?
19-cu əsrdə yeni planet kəşf edilərkən, alimlər onu dənizlə bağlı bir adla adlandırmaq qərarına gəldilər. Bu, həm planetin soyuq, mavi rəngini, həm də onu əhatə edən soyuq qaz atmosferini simvolizə edirdi. Roma dəniz tanrısı Neptunun adı da bu xüsusiyyətlərə çox uyğun gəlirdi.
Yəni, Neptun planetinin adı həm astronomiyada, həm də mifologiyada gücü və sirlərini ifadə edən simvolik bir ad olaraq seçilmişdi.
Neptuna heç vaxt ayaq basa bilməyəcəyik. Amma onun varlığı bizim üçün bilik və maraq sərhədlərinin harada bitdiyini sorğulamağa səbəb olur. Neptun sanki kainatın astanasında dayanıb bizə baxır və deyir: “Hələ bilmədikləriniz, gördüklərinizdən çoxdur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

