Beyin iltihabı...
22.02.2025 [12:58]
Ensefalitlə necə mübarizə aparaq?
Xalq arasında beyin iltihabı və ya beyin infeksiyası olaraq tanınan ensefalit ölümlə nəticələnə bilən ciddi bir xəstəlikdir. Xəstəliyin yaranma səbəbləri müxtəlif olsa da, nadir yoluxucu xəstəlikdir. Ensefalit hər yaşda olan insanlarda baş verə bilər və adətən buna viruslar səbəb olur. Ona görə də, immunitet sisteminin zəifləməsi və gigiyena şəraitinin pisləşməsi ensefalitin yaranmasına şərait yaradır.
Xəstəlik müalicə edilmədikdə beyinə təsirləri zamanla daha da pisləşə bilər. Beyin funksiyalarının zamanla pisləşməsi də gözlənilən əlamətlər sırasındadır. Buna görə də xəstəlik diaqnozu qoyulduqdan sonra müalicə planı müəyyən edilməli və mümkün qədər tez başlamalıdır. Erkən müalicə olunarsa, xəstənin sağlamlığını bərpa etmək mümkün ola bilər.
Yeri gəlmişkən, 22 fevral Ümumdünya Ensefalitlə Mübarizə Günüdür. Bu gün xəstəliyinin ölümcül təhlükəsi barədə maarifləndirmə və mümkün qədər yeni halların qarşısını almaq üçün 2013-cü ildə Ensefalit Cəmiyyətinin təşəbbüsü ilə təsis edilib.
Ensefalit nədir?
Beynin iltihabı tibbdə ensefalit adlanır. Viruslar, bakteriya, göbələklər nəticəsində yaranan beynin aktiv toxumalarının iltihabı kimi müəyyən edilir. İltihab beynin şişməsinə səbəb olur və buna görə bir çox simptom meydana gəlir. Ensefalit hər yaşda görünə bilən bir xəstəlikdir. Ancaq araşdırmalar sübut edir ki, xəstəlik gənclərdə daha tez-tez baş verir.
Meningitlə qarışdırmaq olmaz...
Ensefaliti beyin qişasının iltihabı olan meningitlə qarışdırmaq olmaz. Çünki meningitdə beyin qişasında iltihab olur, ensefalitdə isə iltihabın inkişaf etdiyi sahə beyin toxumasıdır. Ensefalitin erkən diaqnozu və müalicəsi xəstəliyin insana təsirində əsas rol oynayır. Bu səbəbdən xəstəliyin əlamətləri barədə məlumatlı olmaq və əlamətlər müşahidə olunarsa, dərhal müayinədən keçmək faydalıdır.
Xəstəliyin əlamətləri hansılardır?
Beyin iltihabının simptomları bəzən qızdırma və baş ağrısı kimi soyuqdəymə simptomlarına bənzəyir. Daha ciddi simptomlar sonrakı dövrlərdə baş verir. Fiziki və nevroloji əlamətlər xəstəliyin xarakterik əlamətləri arasındadır.
Müalicə üsulları
Ensefalitin müalicəsinin ən təsirli üsulu əsas səbəbi mümkün qədər tez aşkar etmək və müalicə etməkdir. Beyinə təsir edən viral infeksiyaların müalicəsi üçün xəstəyə antiviral dərmanlar verilməlidir. Antibiotiklər əsas bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunur. Steroidlər, venadaxili antikorlar və ya plazma mübadiləsi kimi immunoterapiya bəzi növ ensefaliti müalicə etmək üçün istifadə edilə bilər.
Baş vermiş və ya baş verə biləcək qıcolmaların qarşısını almaq üçün xəstəyə müəyyən dərmanlar verilə bilər. Tutmaların qarşısını almaq üçün istifadə edilən dərmanlar müsbət istiqamətdə təsir göstərmirsə, ketogenik pəhrizlərdən istifadə edilə bilər. Virus və bakteriyaların yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına diqqət yetirmək də faydalı olacaq.
Sağlam həyat sürmək və xəstəliklərdən qorunmaq istəyirsinizsə, ensefalit əlamətlərindən şübhələndiyiniz zaman ən yaxın səhiyyə müəssisəsinə müraciət edə bilərsiniz. Erkən diaqnoz və müalicə sayəsində sağlamlığın bərpası daha asandır.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

