İdmandan sonra beynin idrak funksiyaları növbəti günə qədər yaxşılaşa bilər - ARAŞDIRMA
15.12.2024 [11:49]
UCL-in (University College London) tədqiqatçıları beyində idmandan sonra yaranan dəyişməni araşdırıb.
AZƏRTAC “ScienceDaily” saytına istinadla xəbər verir ki, yeni araşdırma, idmandan sonra beyində yaranan qısamüddətli koqnitiv artımın növbəti günə qədər davam edə biləcəyini göstərir. Əvvəlki laboratoriya tədqiqatları, idmandan sonra koqnitiv performansın yaxşılaşdığını təsdiqləsə də, bu təsirin nə qədər davam etdiyi qeyri-müəyyən idi.
“Beynəlxalq davranış, qidalanma və fiziki fəaliyyət” jurnalında dərc edilən araşdırma, 50-83 yaş arası 76 iştirakçının səkkiz gün ərzində biləyə taxılan detektorlar vasitəsilə əldə olunan məlumatlarını təhlil edib. Bu müddət ərzində iştirakçılar hər gün koqnitiv testlərdən keçib. Məlumatlar göstərib ki, müəyyən bir gündə daha çox orta və güclü fiziki fəaliyyətlə məşğul olan şəxslər ertəsi gün yaddaş testlərində daha yaxşı nəticə göstəriblər.
Tədqiqat, həmçinin oturma vaxtının azaldılmasının və altı saatdan çox yuxunun yaddaş funksiyasına müsbət təsir göstərdiyini müəyyən edib. Əlavə olaraq, daha dərin (yavaş dalğalı) yuxu yaddaş funksiyasının yaxşılaşmasına dəstək verib. Tədqiqatçılar bunun idmanla bağlı yaddaşın yaxşılaşması arasındakı əlaqənin yalnız kiçik bir hissəsini təşkil etdiyini diqqətə çatdırıblar.
Fiziki fəaliyyətin qısamüddətli təsiri, idmandan sonra beyinə qan axınının artması və norepinefrin və dopamin kimi neyrotransmitterlərin sərbəst buraxılması ilə əlaqələndirilir. Bu neyrokimyəvi dəyişikliklərin bir neçə saata qədər davam etdiyi məlumdur. Ancaq UCL tədqiqatçıları idmanla bağlı digər beyin dəyişikliklərinin daha uzun müddət davam edə biləcəyini vurğulayıblar. Məsələn, 2016-cı ildə aparılan başqa bir tədqiqat, yüksək intensivlikli interval təlimi (HIIT) ilə məşğul olanların hipokampusda 48 saata qədər sinxronlaşdırılmış fəaliyyət artımına malik olduğunu ortaya qoyub. Bu, hipokampal funksiyanın güclənməsi və yaddaşın möhkəmlənməsi ilə əlaqələndirilir.
Tədqiqatın aparıcı müəllifi Mikaela Blumberq (UCL Epidemiologiya və Sağlamlıq İnstitutu) bildirib: “Tapıntılarımız göstərir ki, fiziki fəaliyyətin qısamüddətli yaddaş faydaları idmandan bir neçə saat sonra deyil, bəlkə də növbəti günə qədər davam edə bilər. Daha çox yatmaq, xüsusilə də dərin yuxu, bu yaddaşın yaxşılaşmasına kömək edir”.
Araşdırma göstərir ki, idmandan sonra beynin idrak funksiyaları növbəti günə qədər yaxşılaşa bilər. Bu prosesdə idmanla yanaşı, yuxunun keyfiyyəti və miqdarı da mühüm rol oynayır. İdmandan sonra beyindəki neyrotransmitterlərin sərbəst buraxılması, qan dövranının sürətlənməsi və daha dərin yuxu yaddaş funksiyasının güclənməsinə kömək edir. Bu nəticələr idrak funksiyalarını qorumaq istəyən yaşlı insanlar üçün fiziki fəaliyyətin əhəmiyyətini bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

