Planetin yaşayan 9-cu dahisi...
10.07.2024 [10:50]
Riyaziyyatçının dərviş həyatı
Murad Köhnəqala
Bu dünyada, özünün qeyri-adi həyat tərzi ilə seçilən, maddi zənginlikdən qaçan, riyaziyyat elmində məşhur Puankare hipotezi adlanan minilliyin riyazi məsələsini həll etdiyinə görə 2006-cı ildə layiq görüldüyü, riyaziyyat sahəsinin Nobel mükafatı sayılan, 1 milyon dollarlıq beynəlxalq Fields ödülündən imtina etmiş müasir rus riyaziyyatçısı Qriqori Perelman da yaşayır.
Qriqori Yakovleviç Perelman 1966-cı ildə Sankt-Peterburq şəhərində yəhudi ailəsində anadan olub. Atası Yakov Perelman mühəndis, anası Lyubov Leybovna riyaziyyat müəllimidi.
1993-cü ildə ata Yakov Perelman yaşamaq üçün İsrailə köçür, Qriqori isə anası və bacısı Lena ilə Sankt-Peterburqda yaşamağa davam edir. Sonralar Lena təhsil almaq məqsədilə atasının yanına, İsrailə gedir. Bacısı Lenanın hazırda ailəsi ilə birgə İsveçdə yaşadığı bildirilir...
Skripkada gözəl mahnılar ifa edən Lyubov Leybovna oğlunun dəqiq elmlər sahəsində qeyri-adi istedadını hiss edir, lakin onu musiqiçi kimi görmək istəyirdi. Musiqi məktəbinə getməyə davam etsə də Qriqori özünü yalnız riyaziyyatçı kimi biruzə verməyə başlayır.
9-cu sinfi bitirdikdən sonra Qriqori fizika-riyaziyyat təmayüllü məktəbə daxil olur. Stolüstü tennis və musiqi ilə az-çox maraqlansa da, onun əsas hədəfi riyaziyyat idi.
Yarışda SSRİ məktəblilərini təmsil edən Qriqori 1982-ci ildə Budapeştdə keçirilən Beynəlxalq Riyaziyyatçılar Olimpiadasının qızıl medalını qazanır. Sonra o, Leninqrad Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsinə imtahansız qəbul edilir.
Sözsüz ki, gənc Qriqori orta məktəbdə oxuduğu kimi universitetdə də əla qiymətlərlə oxuyur və əlaçı tələbə kimi Lenin təqaüdü alır.
Universiteti bitirdikdən sonra V. A. Steklov adına riyaziyyat institutunun aspirantı olan Qriqori 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edir. Müdafiədən sonra həmin institutda baş elmi işçi vəzifəsində çalışmağa başlayır. Qriqori bu illər ərzində həm də ABŞ universitetləri ilə əməkdaşlıq edərək bir neçə təhsil ocağında davamlı olaraq elmi mühazirələr oxuyur. ABŞ-da elmi konfranslarda fəal iştirak edən riyaziyyatçı, müasir riyaziyyatın ən önəmli problemlərindən olan Puankare teorisinin həlli ilə də məhz, burada məşğul olur.
Özünü tamamilə elmə həsr edən Perelmanın qapalı həyat tərzi anasını narahat etməyə başlayır. Xanım Leybovna bir neçə dəfə oğlu ilə onun şəxsi həyatı, ailə qurması barədə danışmağa cəhd edir. Lakin gənc alim hər dəfə bu mövzudan qaçaraq söhbəti isterik həddə çatdırır. İş prosesləri istisna olmaqla, qadınlarla heç bir yaxınlıq münasibəti qurmayan Qriqorinin davranışları onu tanıyanlar və iş yoldaşları arasında müxtəlif şaiyələrin yaranmasına səbəb olur. Dəfələrlə anası ilə bu mövzu ətrafında mübahisə edən Qriqori otağına çəkilib qapını bağlayır, saatlarla otağından çölə çıxmır. Ailədə dəfələrlə buna oxşar hadisənin baş verməsinə görə oğlunun hər an intihar edə biləcəyindən qorxan ana, Qriqoriyə qapını açması üçün yalvarıb, cavab eşitmədikdə isə onun dostlarına zəng edərək ana-balanı bu vəziyətdən xilas etmələrini onlardan xahiş edib.
Bu söhbətlərə görə Qriqori İsraildə yaşayan atasının dəvətlərindən boyun qaçırır, məlum mövzunun ortaya gəlməsindən çəkinirdi.
Şəxsi həyatında mürəkkəb ziddiyyətlərin olmasına baxmayaraq, Qriqori Perelman elmdə sürətlə uğur qazanırdı. Yeri gəlmişkən, Perelmanın dahi işlərindən biri də fəzanın üçölçülü olması haqda idealist təsəvvürləri riyazi yolla sübuta yetirməsidir.
Asket həyatı yaşayan Qriqori yuxarıda xatırlatdığımız kimi beynəlxalq mükafatlardan imtinası ilə məşhurdur.
O, 1996-cı ildə Avropa Riyaziyyatçılar Cəmiyyətinin mükafatına layiq görülsə də, ödüldən imtina etmiş, yaşadığı cəmiyətdən gizlənərək təqdimata gəlməmişdi.
Daha sonra riyaziyyatın ən mühüm problemlərindən biri, Puankare hipotezini həll etdiyinə görə alim Nobel mükafatına alternativ tanınan beynəlxalq Filds ödülündən imtina etmişdir. Bu barədə sual verənlərə Qriqori Perelman belə cavab vermişdi:
“Ehtiyaclarımdan artıq pul mənim nəyimə lazımdı, qarnını idarə edə bilməyən zoopark sakini deyiləm ki! Normal insan kimi yaşamaq üçün aldığım məvacib mənə artıqlaması ilə kifayət edir”.
İmtina silsiləsi bununla bitmir. Görkəmli alim 2010-cu ildə Kley Universiteti tərəfindən layiq görüldüyü ödülə də yaxın durmamışdır.
Leninqradda yaşadıqları binanın 38 illik qonşusu Anatoli Yakovleviç jurnalistlərə Perelman haqda bunları deyib:
“Qriqorini son vaxtlar ayda, ildə bir dəfə görürəm. Hərdən anası ilə gəzintiyə çıxır. Pendir, süd, çörək yeməyi xoşlayır. Görkəmi pintidi, saqqalına aylarla əl gəzdirmir. Milyon dollardan imtina etdiyi üçün deyə bilərəm ki, onun başı xarab olub”.
Qriqori Perelmanın qeyri-adi həyat tərzi qərb mətbuatının da diqqətini daim özündə saxlayır. İngilis saytlarının birində mükafatdan imtina etmiş dahi riyaziyyatçının seksual oriyentasiyasının müzakirəsi zamanı respondentlərin bir qismi onun homoseksual olması qənaətinə gəlib. Lakin bu cür şaiyələri ciddiyə almayan dahi riyaziyyatçı öz tənha həyat tərzini dəyişməyəcəyini bildirib.
Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti dərc etdiyi “Planetin yaşayan 100 dahisi” siyahısında Qriqori Perelmanın adını 9-cu yerdə yazıb.
Dünya mətbuatına məlum olan son xəbərlərə görə Qriqori Perelman hazırda İsveçdə yaşayır. Onun bacısının ailəsi ilə birlikdə yaşaması güman edilir. Alim internetdən, telefondan istifadə etmir, asudə vaxtını təbiətin qoynunda keçirir.
Ən maraqlısı: məşhur Hollivud rejissoru, “Titanik” filminin yaradıcısı məşhur Ceyms Kameron dahi riyaziyatçı haqda sənədli film çəkməyi planlaşdırıb. Lakin İsrailli jurnalist Aleksandr Zabrovskinin dediyinə görə əfsanəvi riyaziyatçını hələ də tapa bilmirlər...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

