4 planeti adi gözlə görmək mümkün olacaq
27.05.2024 [14:07]
İyunun 3-də “planetlərin paradı” müşahidə olunacaq. Səmada 7 planet - Venera, Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun Günəşdən bir tərəfdə (qərbdə) təxminən 90-lik bucaq sektorunda yerləşəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, bunlardan 4-ü - Venera, Yupiter, Merkuri və Uran 20-30-lik sektorda olacaq.
Yəni iyunun 3-də yalnız 4 planeti adi gözlə görmək mümkün olacaq. Saat 02:00-dan başlayaraq Saturn, 03:00-dan Mars, 04:50-dən Günəş doğana qədər şərq tərəfdə üfüqə yaxın Yupiter və Merkuri görünəcək. Uranı adi gözlə çox çətinliklə, Merkuridən 20 dəqiqə əvvəl - saat 04:20-dən sonra görmək olar.
Urandan təxminən 6 dəfə zəif olan Neptunu isə yalnız teleskop vasitəsilə görmək mümkündür. Venera həmin gün Günəşlə eyni zamanda doğduğuna görə müşahidəsi mümkün olmayacaq. Buna oxşar 6 planetin paradı avqust ayının axırları və sentyabrın əvvəllərində də baş verəcək.
Astronomik hadisə olan “planetlərin paradı” bir neçə planetin bir-birinə kifayət qədər yaxın olduğu və Günəşə nisbətən bir tərəfdə şərti cərgədə düzülüşünə deyilir. “Planetlərin paradı” anlayışı elmi məna daşımır və bu zaman heç bir fiziki hadisə baş vermir.
Planetlərin sayından asılı olaraq paradlar aşağıdakı növlərə bölünür:
- mini parad: 3 planet iştirak edir;
- kiçik parad: 4 planet iştirak edir;
- böyük parad: 5 və ya 6 planet iştirak edir;
- tam parad: bütün planetlər iştirak edirlər. Bu, olduqca nadir haldır. Belə bir hadisə hər 170 ildə bir dəfə müşahidə edilə bilər.
1982-ci il martın 10-da nadir “planetlər paradı” baş vermişdi - bütün 8 planet (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və o zamanlar planet hesab edilən Pluton) Günəşdən bir tərəfə 95-lik sektorda olmuşdular.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39

