Gələcək uğurların təminatçısı
30.03.2024 [10:50]
Regionların sosial-iqtisadi inkişaf potensialı artırılır
G.QABİLQIZI
Bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının əsas təminatçısı güclü iqtisadiyyatdır. Güclü iqtisadiyyat həm də dövlətin təhlükəsizliyi, ölkənin sabitliyi, ordunun gücü, əhalinin rifahıdır. Sirr deyil ki, ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin iştirakçısı və təşəbbüskarıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına atılan addımlarla inkişafı deməkdir.
Məhz Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bölgə üçün yeni imkanların yaranmasını şərtləndirdi. Çox qısa bir zaman ərzində azad olunmuş ərazilərimizdə bərpa işlərinə başlanılıb, artıq azad olunmuş ərazilərimizə köç başladı. İnkişaf yoluna qədəm bütün ölkələrdə olduğu kimi Azərbaycanda investisiya layihələri həyata keçirilməkdədir. Bütün bunlarla yanaşı, regionların sosial-iqtisadi inkişafı da önəmlidir. Bu istiqamətdə Azərbaycanda kifayət qədər işlər görülür, bununla bağlı dövlət proqramı da var. Əgər inkişafdan danışırıqsa, görülən işlər, investisiya layihəri Bakı və digər böyük şəhərlərlə məhdudlaşmamalıdır. Bölgələrimizin bütün potensialından istifadə etmək, eyni zamanda, əmək bazarında müsbət təsir edəcək. Dünyanın bir çox yerlərində regionların inkişaf etdirilməsi üçün müxtəlif addımlar atılır. Elə Azərbaycanda da bu istiqamətdə tədbirlər var. Buna misal olaraq, azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara güzəşti göstərə bilərik. Bu və bunun kimi addımlar bölgələrimizin sosial-iqtisadi inkişafına töhfə verən amillərdəndir.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələrin icrası və bu sahədə görülməli olan işlər barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı prioritet məsələlərdəndir: “Burada məqsəd həm də balanslı iqtisadiyyatı gücləndirməkdir. Nəzərə alsaq ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf var, bu inkişaf kontekstində xüsusən də son illərin nəticəsi göstərir ki, ümumi daxili məhsuldakı artım qeyri-neft sektorundakı inkişaf hesabına baş verib. Dayanıqlı inkişaf həm də inklüziv olaraq regionların daha da inkişaf etdirilməsini prioritetləşdirir. Bizim monitorinqlər göstərir ki, bu inkişaf üçün regionlara daha çox yerli və xarici sərmayənin cəlb edilməsinə ehtiyac var. Bu gün ən vacib məsələlərdən biri paytaxt və böyük şəhərlərlə müqayisədə bölgələrimizdə sərmayə portfelinin kiçik olmasıdır. Ona görə də sərmayənin cəlb edilməsi üçün bölgələrdə yersiz müdaxilələr aradan qalxmalıdır. Bizim monitorinqlər göstərir ki, bəzi rayonlarda hələ də iş adamlarının fəaliyyətinə yersiz müdaxilələr müşahidə olunur. Bu istiqamətdə institusional islahatların davam etdirilməsi olduqca vacibdir”.
Deputat qeyd edib ki, bəzi ölkələrdə regionların inkişafı ilə bağlı fərqli yanaşmalar var: “Məsələn, İtaliyada regionların inkişaf etdirilməsi üçün ayrıca güzəştlərin, aşağı dərəcəli vergilərin tətbiqi həyata keçirilir. Burada məqsəd bölgələrə daha çox sərmayənin cəlb edilməsidir, çünki İtaliyanın cənubu və şimalı arasında iqtisadi baxımdan fərq müşahidə olunurdu. Aparılan islahatlarla bölgələrlə iri şəhərlər arasında fərqi aradan qaldırmaq mümkün oldu. Ona görə də İtaliya təcrübəsi də bu kontekstdə Azərbaycan üçün faydalıdır”.
“İşğaldan azad olunmuş ərazilərimizin inkişafı və o cümlədən həm iqtisadiyyatın formalaşması, həm də reinteqrasiyası əsas prioritetlərindəndir” - deyə, V.Bayramov əlavə edib: “Prezidentin də əsas tapşırıqlarından biri də Qarabağ və Şərqi Zəngəzurda İqtisadiyyatın formalaşmasında özəl sektorun yaxından iştirakı və dəstəklənməsi ilə bağlıdır. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur üçün 10 illik güzəşt paketi var və sərmayənin cəlb edilməsi ilə bağlı işlər görülür. Azad olunmuş ərazilərimizin Azərbaycan İqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanları var ki, bu da iqtisadiyyatımız üçün əlavə 10 milyard manata yaxın yeni dəyər deməkdi. Ona görə də bu dəyərin formalaşdırılmasında özəl sektorun daha yaxından iştirakı olduqca vacibdir”, - deyə V.Bayramov qeyd edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

